Accessibility links

91 yaşlı Holokost iştirakçısı məhkum olundu


91 yaşlı Holokost iştirakçısı məhkum olundu
91 yaşlı Holokost iştirakçısı məhkum olundu

Almaniyada məhkəmə Con Demyançuka İkinci Dünya Müharibəsində nasist düşərgəsində nəzarətçi işləyərkən 28,000 adamın öldürülməsinə kömək etdiyinə görə hökm oxuyub.

Münhen məhkəməsi Ukrayna mənşəli Demyançuka beş il həbs cəzası verib. Demyançuk Polşanın Sobidor ölüm düşərgəsində işləmişdi. Onun vəkilləri hökm barədə appelyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

91 yaşlı sabiq ABŞ avto-işçisi Holokostda iştirakını danır. O, məhkəməyə deyib ki, 1941-ci ildə Sovet ordusuna səfərbər olunub, və sonradan almanlara əsir düşərək həbsxanada işləməyə başlayıb.

İttihamlara əsasən Demyançuka maksimum 15 il həbs cəzası düşürdü. Lakin prokurorlar Demyançukun İsraildə həbsdə yatdığını nəzərə alaraq cəzanın müddətini azaldıblar.

XS
SM
MD
LG