Accessibility links

Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi qaçılmazdırmı? [Təhlil]


Rəqib qüvvələrin nəzarətində olan ərazilərin geri qaytarıldığını bildirən Suriya hökuməti gələn ay keçiriləcək sülh konfransında iştirak etməyə hazırlaşır. Təhlilçilər hökumətin Qusair bölgəsinə hücumu ilə sülh konfransını əlaqələndirir.

Əmmanda yerləşən Qüds mərkəzinin direktoru Oraib Əl-Rantavi artıq müzakirələrə start verildlyini deyir. “Qusayr və digər bölgələrdə aparılan döyüşlər müzakirələrin bir hissəsidir.”

Müxalifətin əsas şəhərlərdən çıxarılması Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinin qaçılmaz olduğuna dair təsəvvürləri sual altına alır.

Təhlilçilər isə müxalifətin yenidən birləşəcəyinə inanır. Əl-Rantavi hesab edir ki, müxalifətin müzakirələr masası arxasındakı yeri möhkəm deyil. “Onlara xaricdən maliyyə dəstəyi verilməlidir.”

Müxalifətin bir hissəsi artıq hökumətlə müzakirələr fikrini rədd edib. Onlar Əl-Əsədin istefasını tələb edir. Bəziləri isə “Suriyanın dostları” qrupunun problemi həll edəcəyinə inanır.

Suriya müxalifəti beynəlxalq konfransın motivlərinə şübhə ilə yanaşır. Onları Əsədin istefasına çağıran ABŞ-ın rolu şübhələndirir.

Alumma Araşdırma Mərkəzinin rəhbəri Salem Falahat konfransın heç bir şeyi həll etməyəcəyini deyir.

Suriyalıların əksəriyyəti bununla razılaşır. Çünki Suriya münaqişəsi 70 minlik tələfatla üçüncü ilinə qədəm qoyub.
XS
SM
MD
LG