Accessibility links

Xəzər sahillərində Asiya çəyirtkəsinə qarşı mübarizə başlayıb


Çəyirtkə
Çəyirtkə

İyulun 12-dən Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirkəsinin miqrasiyası müşahidə olunur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti məlumat yayıb.

Məluimatda deyilir ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinə çəyirtkələrə qarşı mübarizə tədbirləri həyata keçirir. .

Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb və artıq 100 ha-dan artıq ərazidə bu tədbirlər həyata keçirilib.

Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Xidmətində qərargah yaradılmış, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri, mobil dəstələrinin texnikası bu işlərə cəlb olunub.

“Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya etməsi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahil zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunur. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən adi hala nisbətən çox zəifdirlər və bir çox sahələrdə təbii ölümləri müşahidə olunur. Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq belə sahələrdə mübarizə tədbirləri ilk növbədə aparılır”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG