Accessibility links

Aslan İsmayılov: Etiraf edirlər ki, obşak olub, obşakın kotyolu olub, kotyolu paylayan olub [Video-müsahibə]


Aslan İsmayılov: Etiraf edirlər ki, obşak olub, obşakın kotyolu olub, kotyolu paylayan olub
please wait

No media source currently available

0:00 0:08:32 0:00

“Viza” hüquq firmasının rəhbəri Amerikanın Səsinə müsahibəsində dövlət vəsaitinin mənimsənilməsinin səbəblərindən danışıb

“Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində keçmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitini mənimsəmələrinin səbəblərindən danışıb.

Amerikanın Səsi: “Milli Təhlükəsizlik Nazirliyinin işi”, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işi” adı ilə keçirilən məhkəmələrdə mənimsəmə, korrupsiya, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı çoxsaylı faktlar barədə məlumatlar yayılır. Fikrinizcə, dövlət orqanlarında bu halların illərlə davam etməsinin səbəblərini harada axtarmaq lazımdır? Bu qurumlara nəzarət edən dövlət orqanlarının məsuliyyəti nədir?

Bu, ümumi idaretmə sistemindədir. Mən sizi əmin edirəm ki, bu gün istənilən nazirliyə gedib yoxlasan, - Səhiyyə Nazirliyidir, İqtisadi İnkişaf Nazirliyidir, Vergilər Nazirliyi və başqa, - hər yerdə eyni vəziyyətdir. Axı, illərlə yazırlar ki, paketlə pul verilir.

Aslan İsmayılov: Bu barədə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin indiki köməkçisi Əli Həsənovun da Bakı Mətbuat Mərkəzində iştirak etdiyi bir tədbirdə çıxışım olub. İlk dəfə orada işçilərə paketlə maaş paylandığını (rəsmi aylıq əmək haqqından əlavə qanunsuz maaş nəzərdə tutulur-red.) və bunun ağır cinayət olduğunu demişəm. Sonra dəfələrlə dönə-dönə bu mövzuya qayıtdım. Məhz həmin illərdə idarəçilikdə bu tip cinayət əməlləri idarəetmə sisteminə çevrildi. Ona görə, bu gün Rabitə Nazirliyi yaxud Milli Təhlükəsizlik Nazirliyində baş verənləri hansısa ayrıca başqa nazirlikdə, qanunda axtarmaq lazım deyil. Bu, ümumi idaretmə sistemindədir. Mən sizi əmin edirəm ki, bu gün istənilən nazirliyə gedib yoxlasan, - Səhiyyə Nazirliyidir, İqtisadi İnkişaf Nazirliyidir, Vergilər Nazirliyi və başqa, - hər yerdə eyni vəziyyətdir. Axı, illərlə yazırlar ki, paketlə pul verilir. Maaşa əlavə olaraq paketlər verilir. Bu paket nədir? Paket həmin qanunsuz pullardır. O ki, qaldı hüquq-mühafizə orqanlarının bunun qarşısını almamasına, bu əsla onunla bağlı deyil ki, bilməyiblər. Bunun hamısını gözəl biliblər. Milli Təhlükəsizlik Nazirliyində insanlara zor tətbiq etməklə əmlaklarının əlindən alınması barədə Baş Prokurorluğa dəfələrlə yazılar olub. Elə sizin efir vasitəsi ilə dəfələrlə mən Zülfiqarlı qardaşlarının əmlaklarının zor tətbiq etməklə əllərindən alındığını demişəm. Yəni sadəcə bu gün bunlar öz aralarında hansısa günaha yol veriblər, buna görə cəzalandırılırlar. Amma eyni sistem, eyni sxem bütün strukturlarda var. Ona görə, hüquq-mühafizə orqanları nəinki bilmir, hüquq-mühafizə orqanları bu işin içində olub. Bu qanunsuzluqların həyata keçirilməsində bilavasitə aktiv rol oynayan təşkilatlardır.

Amerikanın Səsi: Media və ictimaiyyət tez-tez, - “bu nazirlər niyə həbs edilmir?" sualını verməkdədir. Siz necə hesab edirsiniz, bu nazirlər həbs edilməlidirmi?

Onlarla qanunsuz həbs olunan, əmlakları əlindən alınan adamların məhkəmələrə müraciətləri rədd olunub. Qanunsuz deyə, pul vermədiyinə görə, qoyulan tələbi yerinə yetirmədiyinə görə, şərlənib tutulanlar barədə məhkəmələr hökm çıxarıb. Bir hakim həbs olunubdurmu? İttiham nitqi söyləyən bir prokuror... bunların hamısı.

Aslan İsmayılov: Əlbəttə, qanuna baxsanız, həbs edilməlidir. Amma elə bir şey olsa, onda bütün Nazirlər Kabineti həbs olunmalıdır. Axı bu nazirlərin hər biri... - yəni aydın məsələdir ki, nə Akif Çovdarov (ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general-red), nə digəri, bundan böyük olan nazir müavini, nazirsiz hər hansı addım ata bilməzlər. Adicə, Əli Abbasov (keçmiş rabitə və yüksək texnologiyalar naziri-red) işində pul daşıyan bu gün baş nazirin birinci müavini işləyən Əli Əhmədovun bacısı oğlu olub. Bu dəqiqə də işləyir. Ondan başqa, ən dəhşətlisi odur ki, heç olmasa danışmayaydılar. Axı Əli Abbasovun bu gün də işləyən müavinləri İltimas Məmmədov, başqası, bunlar deyir ki, hər ay “kotyol”dan (qanunsuz ümumi xəzinə-red.) 30 min manat almışam. İfadə də, bilirsiniz bu “kotyol”dur, bunlar hamısı cinayət aləminə məxsus olan... qeyri-qanuni yığılıb, sonra “obşak”da (kriminal yolla formalaşan ümumi xəzinədən paylanan pullar-red) paylanılan pullardır. Yəni, bunlar etiraf edirlər ki, bunlar cinayət aləmi olub, bunların “obşak”ı olub, “obşak”ın “kotyol”u olub, “kotyol”u da paylayanlar olub. Bir daha deyirəm, bu tək... axı, onda bu gün Əli Əhmədovun bacısı oğlu da tutulmalıdır. Onun bacısı oğlu tutulanda, bəlli deyil gedib kimə çıxacaq. Mən sizə birmənalı deyirəm, Rabitə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyində olan o qanunsuzluqlardan, qanunsuz əmlak almaqlarından, rüşvət almalarından bütün güc strukturları, məhkəmələr bu və ya digər formada yararlanıblar. Yararlanmasalar... axı, bu günlər hamı düşüb Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi... Onlarla qanunsuz həbs olunan, əmlakları əlindən alınan adamların məhkəmələrə müraciətləri rədd olunub. Qanunsuz deyə, pul vermədiyinə görə, qoyulan tələbi yerinə yetirmədiyinə görə, şərlənib tutulanlar barədə məhkəmələr hökm çıxarıb. Bir hakim həbs olunubdurmu? İttiham nitqi söyləyən bir prokuror... bunların hamısı. Ona qalsa, onda bütün Azərbaycan məmurları həbs olunmalıdır. Bu da mümkünsüzdür.

Amerikanın Səsi: Məhkəmələrdə və mediada jarqon kimi “obşiy kotyol”, yəni “ümumi kisə” sözləri səslənir. Nazir müavinləri etiraf edir ki, nazirlikdəki “obşiy kotyol”dan hər ay pul alıblar. Bunun hüquqi məzmunu nədir? Bu pulların mənbəyi haradandır?

Yəni, büdcəyə gedəcək pulların bir qismi mənimsənilib. Büdcədən ayrılan pulların bir qismi mənimsənilib, bir də rüşvətlə işə qəbul olunmaqda alınan pullardır.

Aslan İsmayılov: O pulların bir neçə mənbəyi var. Birinci növbədə büdcədən ayrılan pulun mənimsənilməsidir, ikinci növbədə işə qəbul zamanı alınan rüşvətlərdir, üçüncü növbədə əhaliyə göstərilən xidmətin, deyək ki, telefon danışıqları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əsasən o, şəhərlərarası danışıqlar, teleqramlar və sair pullar mənimsənilib. Yəni, büdcəyə gedəcək pulların bir qismi mənimsənilib. Büdcədən ayrılan pulların bir qismi mənimsənilib, bir də rüşvətlə işə qəbul olunmaqda alınan pullardır. Hamı bilirdi ki, ya MTN-də hansısa şöbə, idarə rəisi, yaxud Rabitə Nazirliyində şöbə, idarə rəisi keçmək üçün 100-300 min, bəzən yarım milyon pul verilib, rüşvət. Həmin pullar bu “kotyol”a gedib. Qaldı ki, “kotyol” məsələsi, mən bir daha deyirəm ki, “kotyol” bu, cinayət aləmindən alınan ifadədir. Cinayət aləmində qanunsuz pullar “obşak”da yığılır, keçir “kotyol”a, sonra “kotyol”dan sərəncam verən paylayır.

Məsələn, deyək, Rabitə Nazirliyində sərəncam verən, - bildiyimə görə Əli Abbasov olub, pulları paylayan isə Aparatın rəhbəri olub. Yəni, sırf cinayət aləmində olan struktur burada öz işində olub.

Amerikanın Səsi: Bu hallara nəzarət edən dövlət orqanlarının məsuliyyəti nədir? Yalnız hüquqi yolla bu faktları aradan qaldırmaq mümkündürmü?

Bu bir idarəetmə sistemi olub və bunlar hamısı bu sistemin iştirakçılarıdır, icraçıdırlar. Kimi göstəriş verəndir, kimi icra edəndir, kimi arada olandır. Ona görə, bu qanuni yolla mümkün deyil. idarəetmə sistemi dəyişməlidir.

Aslan İsmayılov: Bəri başdan deyim ki, hüquqi yolla bu faktların qarşısını almaq mümkün deyil. Ona görə ki, əgər hüquq həyata keçirilsə bu gün Azərbaycan məmurlarının 90 faizi həbs olunmalıdır, hüquq-mühafizə orqanlarının da 99 faizi. Yəni ona görə ki, bu bir idarəetmə sistemi olub və bunlar hamısı bu sistemin iştirakçılarıdır, icraçıdırlar. Kimi göstəriş verəndir, kimi icra edəndir, kimi arada olandır. Ona görə, bu qanuni yolla mümkün deyil. idarəetmə sistemi dəyişməlidir. O ki, qaldı bu hüquq-mühafizə orqanları hara baxırdı, niyə reaksiya vermirdi? Bundan əvvəl dedim, yenə təkrarlayıram, bütün bu qanunsuzluqlarda Baş Prokurorluq... ona görə ki, Akif Çovdarov adamı qanunsuz həbs edə bilməzdi. Akif Çovdarov yazırdı, məhkəmə bilirdi ki, prokurorluq bilirdi ki, bu qanunsuzluqdur, amma buna baxmayaraq, özü də faydalandığına görə, Rüstəm Usubov (Baş prokurorun birinci müavini-red.) təqdimat verirdi, gəlirdilər hakimə, hakim bilirdi qanunsuzdur, amma hakim də gündə rüşvət aldığına görə, bu da bunu bilirdi və hökmünü verirdi. Ona görə, burada bir qapalı mexanizm var.

Rəsmi Bakı bir qayda olaraq ölkədə hüquqi dövlətin qurulduğunu və hamının qanun qarşısında bərabər olduğunu bildirir. Bununla yanaşı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çoxsaylı yüksək vəzifəli əməkdaşları rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə etmə və digər ittihamlarla həbs edilib və hazırda məhkəmə qarşısına çıxarılıb. İstintaq həmin şəxslərin qanunsuz yollarla mənimsədiyi vəsaitlərin on milyonlarla manat olduğunu müəyyən edib. Eyni zamanda, məhkəmə qarşısına çıxarılan vəzifəli şəxslər ittihamı qəbul etmədiklərini bildirir.

XS
SM
MD
LG