Accessibility links

AŞPA həmməruzəçiləri Anar Məmmədli və digər siyasi məhbuslarla görüşüb


Anar Məmmədli (SMDT) rəhbəri
Anar Məmmədli (SMDT) rəhbəri

Martın 11-də ailə üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüb. Bu barədə Məmmədlinin ailə üzvlərinə istinadən Azadlıq qəzeti məlumat veriblər. Onların dediyinə görə, Anar Məmmədlinin əhvalı yaxşıdır, səhhətində ciddi problemlər olmasa da, üzündə yaranan allergiyaya görə müalicəsi hələ də davam edir.

Alə üzvləri deyiblər ki, Anar Məmmədli saxlanıldığı cəzaçəkmə müəssisəsində yerləşən başqa baraka köçürülüb, hazırda saxlandığı yerindən narazı deyil.

Anar Məmmədli qaldığı barakın yaxşı olmadığına görə yerinin dəyişilməsi üçün bir neçə gün öncə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etmişdi.

Anar Məmmədli ailə üzvlərinə bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Bakıda səfərdə olarkən, onunla görüşüblər. Anar Məmmədli ilə görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri də iştirak edib. Bundan əlavə Avropa Birliyinin insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis də Anar Məmmədli və Müsavat başqanının müavini Tofiq Yaqublu ilə görüşüblər. Görüşdə Avropa Birliyinin Azərbaycandakı missiyasının rəhbəri, səfir Malena Mard da iştirak edib.

Görüşlərdə siyasi məhbuslardan, onların saxlanma şəraitindən, eləcə də ölkədəki vəziyyətdən və bu ilin payızında keçiriləcək parlament seçkilərindən danışılıb.

Anar Məmmədliyə və orada saxlanılan digər siyasi məhbuslara 3-4 gündən bir müstəqil qəzetlər verilsə də, onlarla bağlı olan yazılar kəsilərək götürülür.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 16 dekabr 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini “vicdan məhbusu” elan edib. O, AŞPA-nin təsis etdiyi Vatslav Havel mükafatına layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG