Accessibility links

ATƏT/DTİB-nin 380 müşahidəçisi Azərbaycanda parlament seçkilərini izləyəcək


ATƏT-DTİHB-(logo)

ATƏT-DTİHB-(logo)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərəcək. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər.

Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda 2015 noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı qiymətləndirmə missiyasının hesabatında deyilir.

Hesabatın tövsiyə hissəsində ATƏT/DTİHB-nin seçkiləri müşahidə fəaliyyəti önəmini qeyd edib.

Hesabatın nəticə hissəsində ATƏT/DTİHB seçki prosesinin şəffaf olması üçün səslərin sayılması və hesablanması, o cümlədən seçki kampaniyası zamanı seçki administrasiyası, namizədlərin qeydiyyatı, toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşılmasını tövsiyə edir

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG