Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsin pozulmasından narahatdır


ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsin pozulmasından narahatdır

ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsin pozulmasından narahatdır

Həmsədrlər insan ikisinə səbəb olan istənilən halı qəti şəkildə pisləyir və bütün tərəfləri 1994-cü ildə razılaşdırılmış atəşkəs rejiminə riayət etməyə çağırır

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün bəyanatla çıxış edib. Onlar Soçidə martın 5-də prezidentlər arasında keçirilmiş görüşdən əvvəl və sonra təmas xətti boyunca atəşkəsin pozulması ilə bağlı məlumatlardan dərin narahatlıqlarını bildirib. “Bu mənasız aktlar təsdiqini taparsa, tərəflərin güc tətbiqindən imtina etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmaq öhdəliklərinə ziddir”.
Həmsədrlər ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kasprşikdən bütün tərəflərin iştirakı ilə araşdırma aparmağı xahiş edib.
Həmsədrlər gələn həftə regiona səfər edəcək və tərəfləri istintaqla hərtərəfli əməkdaşlığa çağıracaq.
”Həmsədrlər insan ikisinə səbəb olan istənilən halı qəti şəkildə pisləyir və tərəfləri 1994-cü ildə razılaşdırılmış atəşkəs rejiminə riayət etməyə, 2010-cu ilin oktyabrında Həştərxanda və bu ayın əvvəlində Soçidə qəbul edilmiş öhdəlikləri yerinə yetirməyə çağırır”, - deyə bəyanatda bildirilir.

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə Minsk Qrupunun həmsədrləri ilə görüşündə bildirib ki, hazırkı halda münaqişənin həlli ilə bağlı israrlı və daimi səylər zəruridir. “Danışıqların getmədiyini demək olmaz. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü gələcəkdə münaqişənin nizamlanması üçün pozitiv qərarlar qəbul etmək üçün yaxşı istinad nöqtəsi ola bilər”.
ATƏT sədri tərəflər arasında qarşılıqlı etimad mühitinin yaradılması və atəşkəs rejiminə riayət edilməsi məsələlərinin vacibliyini qeyd edib. “Atəşkəs sazişi var, amma snayper atəşlərinin yaratdığı kədərlər də var”.


XS
SM
MD
LG