Accessibility links

Azərbaycan erməni snayperinin 9 yaşlı azərbaycanlını qətlə yetirdiyini bildirir (VİDEO)


Azərbaycan erməni snayperinin 9 yaşlı azərbaycanlını qətlə yetirdiyini bildirir (VİDEO)
Azərbaycan erməni snayperinin 9 yaşlı azərbaycanlını qətlə yetirdiyini bildirir (VİDEO)

Azərbaycan keçən həftə bildirib ki, erməni snayperi Dağlıq Qarabağ yaxınlığındakı Orta Qərvənd kəndində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu öldürüb. Rəsmi Yerevan bu ittihamı rədd edib. 2002-ci il təvəllüdlü Bədəlov martın 8-də başından yaralanıb və xəstəxanaya aparılan zaman yolda vəfat edib. Aşağıdakı videoda Bədəlovun dəfn mərasimindən görüntüləri izləyə bilərsiniz.

Dünən ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis Azərbaycan və Ermənistanı qarşılıqlı inamı gücləndirməyə və təmas xəttindən snayperləri yığışdırmağa çağırıb. Cənab Ajubalis paytaxt Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb: Snayperlərin yığışdırılması yaxşı bir nümunə ola bilər. Beynəlxalq ictimaiyyət bu fikri dəstəkləyir. Mən Azərbaycandakı həmkarlarımı da buna təşəbbüsə qoşulmağa çağırdım” – deyə Audronyus Ajubalis Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Bu günədək Dağlıq Qarabağ nizamlanma prosesində çox cüzi irəliləyiş əldə olunub. Martın 5-də president İlham Əliyevlə ermənistanlı həmkarı Serj Sərkisyan arasında Rusiyanın Soçi şəhərində aparılan danışıqlar da heç bir nəticə vermədi.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı xüsusilə tərəflər arasında danışıqlar ərəfəsində və ya danışıqlardan sonra vəziyyəti gərginləşdirməkdə günahlandırır.

Azərbaycan keçən həftə bildirib ki, erməni snayperi Dağlıq Qarabağ yaxınlığındakı Orta Qərvənd kəndində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu öldürüb. Rəsmi Yerevan bu ittihamı rədd edib. 2002-ci il təvəllüdlü Bədəlov martın 8-də başından yaralanıb və xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Azərbaycan erməni snayperinin 9 yaşlı azərbaycanlını qətlə yetirdiyini bildirir (VİDEO)
Azərbaycan erməni snayperinin 9 yaşlı azərbaycanlını qətlə yetirdiyini bildirir (VİDEO)

Ermənistan Müdafiə Nazirliyi bu məlumatı yalan adlandırıb və təmas xəttində heç kəsin öldürülmədiyini bildirib.

Son iki ildə Dağlıq Qarabağ ətrafında toqquşmalar daha çox vüsət alıb. Sovet İttifaqı dağılandan sonra Ermənistanın dəstəyi ilə 1994-cü ildə atəşkəs nəticəsində təktərəfli müstəqilliyini elan edən Dağlıq Qarabağı heç bir dövlət tanımır. Ancaq Dağlıq Qarabağ Ermənistanla Sıx hərbi və iqtisadi əlaqələrə malikdir.

Rusiya, ABŞ və Fransadan olan vasitəçilər ATƏT Minsk Qrupu çərçivəsində iki sabiq Sovet ölkəsi arasında sülh danışıqları aparıb. Minsk Qrupu gərginliyin artması barədə narahatlığını ifadə edib. Qrup son bəyanatında bildirib ki, həmsədrlər insan tələfatına qınayır və tərəfləri sabitliyi bərpa etməyə və 1994-cü il atəşkəsinə hörmət göstərməyə çağırır.

XS
SM
MD
LG