Accessibility links

Austin və Pistorius Ukrayna və Hind-Sakit Okean regionundakı vəziyyəti müzakirə edib


ABŞ müdafiə naziri Lloyd Austin (sağda) və Almaniyanın müdafiə naziri Boris Pistorius
ABŞ müdafiə naziri Lloyd Austin (sağda) və Almaniyanın müdafiə naziri Boris Pistorius

Ukrayna və Hind-Sakit Okean regionunda baş verənlər ABŞ müdafiə naziri Lloyd Austin və onun alman həmkarı Boris Pistorius arasında Pentaqonda aparılan danışıqların əsas mövzusu olub.

Austin xüsusilə Almaniyanın təchiz etdiyi silah sistemləri və Berlinin üzərinə götürdüyü maliyyə öhdəlikləri olmaqla, Almaniyanın Ukraynanın özünümüdafiəsini dəstəkləmək öhdəliyini yüksək qiymətləndirib.

"Almaniya ABŞ-dan sonra Putinin təcavüzünə qarşı Ukraynaya hərbi yardım göstərən ikinci ən böyük donordur", Ostin bildirib.

O, "təkcə 2024-cü ildə siz Ukraynaya 7,7 milyard dollar ayırdınız. Almaniya hava hücumundan müdafiə sistemləri və artilleriya ilə təmin etdi. Biz Ukraynanın döyüş meydanında uğur qazanmaq üçün lazım olan imkanlara malik olmasını təmin etmək üçün güclü tərəfdaşlığımızı davam etdirəcəyik" deyib.

Austin deyib ki, Avropada ən çox ukraynalı qaçqını qəbul edən də Almaniyadır.

"Ukraynanın özünümüdafiəsi üçün etdiklərinə görə Almaniyaya təşəkkür edirəm" - deyə, Pentaqonun rəhbəri əlavə edib.

Austinin sözlərinə görə, ümumavropa təhlükəsizlik öhdəliklərinə gəlincə, Almaniya da böyük töhfə verir.

Nazir həmçinin təhlükəsizlik və sabitliyi dəstəkləmək üçün Almaniyanın Yaxın Şərq, Afrika və Balkanlara qoşun yerləşdirdiyini də qeyd edib.

Pistorius Amerikanın Ukraynaya dəstəkl liderliyinə görə Austinə təşəkkür edib, ABŞ və Almaniyanın Avropadan kənarda, xüsusilə Hind-Sakit Okean regionunda maraqlarının olduğunu etiraf edib.

"Azad və dinc Hind-Sakit Okean regionu hamımız üçün vacibdir və biz regionda sülh və sabitliyi təşviq etmək istəyirik" deyən Pistorius Almaniyanın iyun ayında başlayan Sakit Okean Hövzəsi təlimlərində iştirakını səbirsizliklə gözlədiyini bildirib.

"Rimpac" kimi tanınan manevrlər dünyanın ən böyük dəniz təlimləridir.

Pistorius "Almaniya Birləşmiş Ştatların sadiq müttəfiqi olub və olaraq qalır. Biz tərəfdaş, müttəfiq və dost kimi yaxından işləməyə davam edəcəyik. Bu, müasir dünyada həmişəkindən daha vacibdir və mən əminəm ki, biz birlikdə böyük nailiyyətlərə nail ola bilərik" deyib.

Forum

XS
SM
MD
LG