Accessibility links

İspaniyanın baş naziri xilas planını qanunvericilərə təqdim edir


İspaniyanın baş naziri xərclərin azaldılması və yüksək vergi paketilə 2014-cü ilin sonuna dək ölkənin 80 milyard dollara qənaət edəcəyini bəyan edib.

Baş nazir Mariano Rahoy xilas planını bu gün qanunvericilərə təqdim edərək ölkənin ciddi çətinlik yaşadığını və büdcə böhranını mümkün qədər tez aradan qaldırmağın vacibliyini vurğulayıb.

Paketə mülki xidmət sahələrində maaşlar, işsizlik müavinətinin azaldılması və satışdan gələn gəlirlərin vergi rüsumunun artırılması daxildir. Avro məkana daxil ölkələrin nazirləri dünən 2014-cü ilədək İspaniyaya büdcə kəsirlərini endirmək üçün vaxt və banklarını xilas etmək üçün 37 milyard dollar pul verməyə razı olublar.
XS
SM
MD
LG