Accessibility links

Avropa Birliyi Azərbaycanda seçki öncəsi insan hüquqlarının pozulmasından narahatdır


Avropa Birliyi

Avropa Birliyi

Avropa Birliyi Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti izləməkdə davam edir

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Füle Azərbaycanda prezident seçkiləri ərəfəsində vətəndaş cəmiyyəti fəallarına, hüquq müdafiəçilərinə, müxalifətçilərə, müstəqil mediaya qarşı təzyiqlərlə bağlı narahatlıqlarını bildiriblər.

Bu barədə Avropa Komissarlarının oktyabrın 3-də yaydığı bəyanatda deyilir.

Sənəddə komissarların fəalların şübhəli ittihamlarla və insan hüquqları sahəsində beynəlxalq standartlar pozulmaqla həbs edilməsi ilə bağlı narahatlığı ifadə olunub.

Avropa Birliynin Azərbaycan hökumətindən bu sahələrdə hüquqi prosedurlar çərçivəsində şəffaf və ədalətli araşdırmalar gözləyir.

Prezident seçkilərinin ədalətli mühitdə keçirilməsinin təmin edilməsi üçün əlverişli şərait yaradılması zərurəti xüsusi qeyd edilir.

Avropa Birliyi Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti izləməkdə davam edir və ölkənin bu sahədə beynəlxalq öhdəliklərini yerinə yetirməsinə kömək etməyə hazırdır, deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG