Accessibility links

Britaniyada qədim ayaq izləri tapılıb [Video]


Britaniyada qədim ayaq izləri tapılıb
please wait

No media source currently available

0:00 0:01:54 0:00
Bir neçə insanın qədim ayaq izləri şərqi Britaniyanın Norfolk çimərliyində aşkar edilib. Ayaq izlərinin daha əvvəl ölkədə aşkar edilən izlərdən də 500 000 il qədim olduğu güman edilir.

Ayaq izlərindən birinin 3-D görüntüsü və modeli Londonun Britaniya muzeyində mətbuat konfransında təqdim olunub.

Muzeyin arxeoloqu Nik Əşton keçən il may ayında ayaq izlərinin tarix öncəsinə aid olduğunu aşkar etdiyi andan danışıb.

"Görüntülər mənə emailə göndərilmişdi. Mən emailimi açanda gözüm həmin fayla sataşdı və onu açdım. Bu, möhtəşəm idi, bunun əsl insan ayaq izləri olduğuna şübhə yox idi", deyə Nik Əşton bildirib.

Əşton deyir ki, ayaq izlərinin kəşfi Avropada erkən insan tarixi haqda anlayışımızı dəyişdirəcək.

Liverpulda yerləşən Con Mures Universitetindən araşdırmaçı İsabel De Qrut ayaq izlərini təhlil edib.

İsabelle de Qrut deyir: "Ayaq izlərinin ölçüləri göstərir ki, onlar uşaqlara məxsus olub. Bir neçə uşaq və bəlkə aralarında bir neçə yeniyetmə, ən az bir kişi".

Qədim şimali Avropada insanların soyuq hava şəraitində necə sağ qalmaları hələlik məlum deyil.

Alimlər miliyon il əvvəl Britaniya Avropa qitəsinə bitişik olduğu zaman Pioner Adam adlanan tiplərin Homosepiyalar sinfinə mənsub olduğuna inanır. Bu adamların isti iqlimdə yaşadığı güman edilir.

Alimlər Norfolk çimərliyində tədqiqatları davam etdirir. Onlar insan fossili ilə rastlaşacaqlarına ümid bəsləyirlər.
XS
SM
MD
LG