Accessibility links

Avropa: İflasla üzləşən banklar öz başlarına çarə qılsınlar


Avropa İttifaqının maliyyə nazirləri qitənin bankları gələcəkdə iflasa məruz qaldıqları təqdirdə əsas yükün vergi ödəyicilər deyil, səhmdarlar, kreditorlar və əmanətçilərin üzərinə düşəcəyinə qərar veriblər.

İttifaqın maliyə nazirləri son üç il ərzində borç bataqlığına düşmüş ölkələrə 100 milyadlarla dollar yardım etdikdən sonra bankları xilas etmə haqqında yeni plan üzərində razılıq əldə ediblər.

Keçmişdə vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən xilasetmə paketləri bankların iflasa uğramasının qarşısını alıb. Ancaq bu ilin əvvəllərində ilk dəfə olaraq Kiprdə yerləşən banklardan birinin hesablarının böyük hissəsi müsadirə edilərək ada xalqının maliyə borcunun ödənməsi üçün istifadə edilib.

Bu addım bütün Avropanı əhatə edəcək yeni misli görünməmiş planın hazırlanmasına səbəb olub.

Almaniya maliyyə naziri Volfqanq Schaeuble bildirib ki, banklar qeyri-düzgün maliyyə qərarlarına görə məsuliyyət daşıyacaqlar.

Danimarka maliyyə naziri Jeroen Dijsselbloem həmçinin bankların öz səhvləri ilə hesablaşmalı olacağını deyib.

Maliyyə liderləri Brüsseldə Avropa dövlət başçılarının zirvə toplantısı ərəfəsində qitənin yüksək işsizlik problemi və iqtisadi tənəzzülün qarşısını almaq yollarını arayırlar.
XS
SM
MD
LG