Accessibility links

İtaliyanın mərkəz-sağçı Avropa Xalq Partiyasınından Antonio Tajani Strasburqda səslərin əksəriyyətini topladıqdan sonra Avropa Parlamentinin yeni prezidenti seçilib.

Tajani liberallar və mühafizəkarların dəstəyi ilə dörd raund səsvermədən sonra alman Martin Şultsu bu vəzifədə əvəz edəcək. Seçkilər qeyri-adi bir rəqabət şəraitində keçib. İlk dəfə olaraq namizədlər arasında debat keçirilib.

Tajani İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin keçmiş sözçüsüdür. O həm də 2008-2014-cü illərdə Avropa Birliyinin komissarı vəzifəsində çalışıb.

İlk səsvermədən sonra o, parlamentdə liberal blok olan ALDE ilə razılıq əldə etməklə qələbəsini təminat altına alıb.

Seçkilər Avropa İttifaqı üçün gərgin bir dövdə keçirilir. Britaniya bu il 27 üzvlü bloku tərk etmək barədə danışıqlara başlayacaq və parlament yekun razılığa dair səs verəcək.

XS
SM
MD
LG