Accessibility links

Avropa liderləri miqrant böhranına vahid çözüm axtarır [Video]


Avropa liderləri miqrant böranına çözüm axtarır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Avropa liderləri miqrant böranına çözüm axtarır

Avropa liderləri miqrant kütlələrinə nəzarət etməyin yolları üzərində razılaşmaq üçün Brüsseldə görüş keçiriblər.

Bir sıra Avropa ölkələrinin rəhbərləri havanın soyuması və temperaturun düşməsi ilə bərabər artan miqrant böhranının həll yollarını tapmaq məqsədilə fövqəladə iclas keçiriblər. Balkanlarda qalan minlərlə miqrant Qərbi Avropaya, əsasən də Almaniya və İsveçə keçməyə çalışır. Serbiya, Xorvatiya və Sloveniya isə miqrantları ev və yeməklə təmin etməkdə çətinlik çəkir. Onlar həmçinin bir-birlərini miqrantları sərhəd bölgələrinə göndərməkdə günahlandırır. Ancaq ən çox Macarıstan Sebriya və Xorvatiya ilə sərhədlərini bağlayaraq böhrana səbəb olmaqda ittiham edilir.

Biz qaçqın problemini tamamilə həll edə bilmərik, ona görə də Türkiyə ilə danışıqları davam etdirməliyik
Angela Merkel

Suriyalılar, əfqanlar və digər millətlərin Balkan dövlətləri vasitəsilə qərbə axını bazar günü də davam edib. Həmin ərəfədə isə Avropa liderləri bu kütlələrə nəzarət etməyin yolları üzərində razılaşmaq üçün Brüsseldə görüş keçiriblər. Miqrantların çoxu gecələri açıq havada keçirməli olur. Havanın temperaturu isə artıq donma dərəcəsinə düşür.

“Artıq 10-12 gündür biz Türkiyədən buraya gəlirik. Səfərin ən çətin hissəsi Serbiyada oldu, çünki hava çox soyuq idi, orada isə heç bir çadır yox idi.”

Serbiyanın baş naziri Aleksandar Vucic Avropa İttifaqına üzv olmamasına baxmayaraq ölkəsinin qaçqınların bəzilərinə sığınacaq verməyə hazır olduğunu deyib.

“Bizim məqsədimiz yeni divarlar, hasarlar tikmək deyil, bizim məqsədimiz məsələyə yeni hərtərəfli həll tapmaqdır və biz bütün məsələləri müzakirə edib, bütün çətinlikləri aradan qaldırmağa hazırıq”.

Viktor Orban
Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban isə miqrant axınının qarşısını almaq üçün hasarın tikilməsinə görə peşmanlığını dilə gətirməyib.

“Macarıstan artıq yol üstündə deyil. Yəni biz artıq sadəcə müşahidəçiyik. Ancaq biz bu iclasda qonşularımıza öz təcrübələrimizlə yardım edə biləriksə, mən buna hazıram.”

Miqrantların əksəriyyəti Suriyadakı zorakılıqdan qaçır.

“Bu səfərin məqsədi mi? Bizim bir məqsədimiz var- o da qəddar müharibədən qurtulmaq və təhlükəsiz bir həyata başlamaqdır.”

Suriyalı qaçqınların ilk dayanacağı Türkiyə olsa da, Brüsseldə keçirilən iclasda rəsmi Ankaranın nümayəndələri iştirak etməyib.

Bizim bir məqsədimiz var- o da qəddar müharibədən qurtulmaq və təhlükəsiz bir həyata başlamaqdır

Ötən həftə Türkiyəyə səfər edən Almaniya kansleri Angela Merkel asan viza və digər imtiyazlar qarşılığında Ankaranı Avropa İttifaqının geri göndərdiyi miqrantları qəbul etməyə çağırıb.

"Biz qaçqın problemini tamamilə həll edə bilmərik, ona görə də Türkiyə ilə danışıqları davam etdirməliyik. Yalnız Türkiyə əməkdaşlıq çərçivəsində qeyri-leqal daxil olma leqal ola bilər və Avropa ilə Türkiyə arasında yük paylaşıla bilər."

Avropa İttifaqı liderlərinin üzləşdiyi digər bir təzyiq isə Yaxın Şərq, Cənubi Asiya və Afrikadan gələn qaçqın və miqrantları qəbul etməyən sağçı seçicilərdir.

XS
SM
MD
LG