Accessibility links

Birinci Avropa Oyunlarının bağlanış mərasimi olub [Video & Fotoqalereya]


Avropa Oyunlarının bağlanış mərasimi
Avropa Oyunlarının bağlanış mərasimi

Bakıda Birinci Avropa Oyunlarının bağlanış mərasimi olub.

İlk öncə Azərbaycanın dövlət himnini səsləndirilib və Azərbaycan bayrağı qaldırılıb.

Yarışlarda iştirak edən 50 ölkənin idmançıları tribunanın önündən keçib.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, idman yarışları Azərbaycanın tarixində əlamətdar və yaddaqalandır.

O oyunlara və atletlərə verdiyi dəstəyə görə Azərbaycan xalqına minnətdarlıq bildirib. Eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edib.

“Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. Atletlər, sağ olun! Dostlar, sağ olun! Azərbaycan, sağ ol!”

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib ki, Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəlib.

“Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun”, o qeyd edib.

Azərbaycanın və Avropa atletlərinin dünyaya möhtəşəm idman bayramı bəxş etdiyini bildirən Patrik Hikki deyib:

baku 2015 Avropa oyunlarının bağlanış mərasimi olub
baku 2015 Avropa oyunlarının bağlanış mərasimi olub

“Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu. Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır”.

Bağlanış mərasimi möhtəşəm şou proqramı ilə də yadda qalıb.

Azərbaycan musiqisi, rəqsləri ifa edilib. Qədim memarlıq nümunələri və abidələri ekranda nümayiş etdirilib. Bu ifalarda 500-dən çox rəqqas müasir texnologiyaların son nailiyyətləri olan yeni səhnə effektləri fonunda iştirak edib.

Səhnədə Atəşgah məbədinin maketi qurulub, Elnur Mikayılov kamançasının, Lamiyə Kərimova ecazkar səsi ilə salonu heyrətləndirib. Bu zaman qum dənəciklərini gözəl rəsmlərə çevirən rəssam müxtəlif əsərlərini çəkməkdə idi.

Beləliklə, Avropa Oyunlarının məşəli söndürülüb.

Müxtəlif anlarda musiqi ilə müşayiət olunan atəşfəşanlıqlar Bakı səmasını bəzəyib.

Baku 2015 Avropa oyunlarının bağlanış mərasimi olub
Baku 2015 Avropa oyunlarının bağlanış mərasimi olub

Elektronik rəqs uslatarı və dj Qarnet Emeri mərasim boyu səhnədə olub. “Glean Bandit” musiqi qrupu “Real Love”, “Stronger” mahnılarını və “Rather be” beynəlxalq himnini, soul-pop musiqisinin ifaçılarından olan Con Nyuman “Blame”, “Gold Dust” və “Love Me Again” mahnılarını ifa edib.

Sonda Bakı səmasını müxtəlif rənglərə boyayan möhtəşəm atəşfəşanlıq olub.

Azərbaycan idmançıları yarışlarda ikinci yeri tutub. Komanda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıb.

XS
SM
MD
LG