Accessibility links

Avropa Parlamentində prezident seçkiləri müzakirəsi


Avropa Parlamentində prezident seçkiləri müzakirəsi
Avropa Parlamentində prezident seçkiləri müzakirəsi
Oktyabrın 3-də Brüsseldə Avropa Parlamentində Azərbaycanda prezident seçkiləri ilə bağlı müzakirə keçirilib.

Müzakirələrdən öncə, Demokratik Azərbaycan Hərəkatının təçkilatçılığı ilə Avropa azərbaycanlıları parlamentin önündə Lüksemburq meydanında aksiya keçirib.

Aksiyada Avropanın müxtəlif ölkələrindən gəlmiş siyasi mühacirlər, tələbələr və digər azərbaycanlılar iştirak edib.

Aksiyada mühacirlər İsa Sadıqov, İlham Həsən, Eıdəniz Yusibov, Fikrət Hüseynli, Mirzə Sakit, İsa Yusibov, Sabir Budaqov, Yusif Abulov, Telman Kazımov və digərləri çıxış edib. Azərbaycan hakimiyyətinin Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə qarşı hücumları pislənib.

Aksiyaya Müsavat Partiyası başqanı İsa Qəmbər də qatılıb. O bildirib ki, Demokratik Qüvvələrin Milli Şurasının əsas məqsədi seçkilərdə səs çoxluğu ilə qalib gəlmək və bu qələbəni dinc yolla reallaşdırmaqdır.

Sonra İsa Qəmbər və siyasi mühacirlər Avropa Parlamentinə Azərbaycanda prezident seçkiləri ilə bağlı dinləmələrə qatılıblar.

Müzakirələrin moderatoru Nederland və Avropa parlamentlərinin deputatı Euronest Parlament Assambleyasının vitse-prezidenti Gerben Jan Gerbrandy olub.

O,qeyd edib ki, bir həftədən sonra Azərbaycanda keçiriləcək prezident seçkiləri Avropanın diqqət mərkəzindədir. “Seçki mühitinin həddindən artıq gərgin və qeyri-bərabər bir şəraitdə keçməsi Avropanın aidiyatı qurumlarını narahat edir”.

Azərbaycanda seçki mühitinin hədsiz dözülməzliyindən bəhs edən Gerbrandydan sonra seçki üzrə tanınmış beynəlxalq ekspert Caecilia van Peski deyib ki, Azərbaycanda hakimiyyətin diqtəsi ilə seçkidə qeyri-bərabər şərait yaradılıb.

Müsavat Partiyası başqanı İsa Qəmbər Azərbaycanda faktiki olaraq diktatura rejiminin qurulduğunu, illərdir ki, ölkənin bir ailənin əlində cəmləşdiyini, İlham Əliyevin konstitusiyanı dəyişərək 3-cü dəfə prezidentliyə namizədliyinin verməsinin qanunsuz olduğunu, seçki ərəfəsində ölkədə siyasi təqiblərin başlandığını, həbslərin həyata keçirildiyini söyləyib.

Müzakirələrdə Azərbaycan hakimiyyəti adından Milli Məclis üzvləri Asim Mollazadənin, Fuad Muradov və Çingiz Əsədullayev çıxış edib.

Amnesty İnternational-ın nümayəndəsi David Nichols da Azərbaycanda insan haqlarının durumunun, azad medianın vəziyyətinin çox çətin olduğunu, ölkədə açıq polis rejimi qurulduğunu deyib.

Asim Mollazadə və Fuad Muradov Qarabağ və işğalda olan rayonlar mövzusuna toxunub, Avropa Birliyini bu məsələdə ikili siyasət yeritməkdə suçlayıb.

Moderator Gerbrandy isə bu ittihamları qəbul etməyərək Avropa Birliyinin ölkələrlə əməkdaşlığa geniş aspektdən baxdığını deyib. Müsavat başqanı İsa Qəmbər də öz növbəsində Qarabağ və işğal olunmuş rayonlar mövzusunda Azərbaycan xalqının vahid mövqedən çıxış etdiyini söyləyib.

Müzakirələrin sonunda oktyabrın 9-da keçiriləcək seçkilərin nəticəsindən asılı olaraq Avropa Parlamentinin lazımi addımlar atacağı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG