Accessibility links

40 yaşlı Tsipras son 150 ildə Yunanıstanın ən gənc baş naziri olacaq

Yunanıstanın Siriza partiyasının lideri Aleksis Tsiprasın ümummili seçkilərdə qələbə əldə edib.

BeləlikləTsipras səs çoxluğu ilə baş nazir Antonis Samarasa qalib gəlmiş olur.

40 yaşlı Tsipras son 150 ildə Yunanıstanın ən gənc baş naziri olacaq.

O, seçildiyi təqdirdə ölkəsinə verilən kreditləri yenidən müzakirəyə çıxaracağına vəd verib.

Avropa İttifaqı, Avropanın Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu son illər Yunansıtana 300 milyard dollar məbləğində kredit verib.

Lakin Siriza partiyası 300 yerli parlamentdə 151 yeri qazana bilməyib. Əldə edilməmiş 2 yerə görə partiya koalisiya qurmalı olacaq.

Yunanıstanın sağçı Mütəqil Yunan Partiyası Tsiprasa dəstəyini nümayiş etdirib.

Qlobal səhm birjaları seçkilərin nəticələrinə neqativ reaksiya göstərib. Yunanıstanın səhmləri 4 faiz dəyər itirib.

Təhlilçiləri Siriza partiyasının qələbəsinin Yunanıstanı iqtisadi zabitəlilikdən uzaqlaşdıracağı narahat edir.

XS
SM
MD
LG