Accessibility links

Aİ-nin prezidenti: Tərəflər keçmişin əsiri olmamalıdır


Avropa İttifaqının prezidenti Herman van Pompey

Avropa İttifaqının prezidenti Herman van Pompey

Herman van Pompey bildirib ki, Qafqazda gərginlik saxlansa, "Şərq tərəfdaşlığı" proqramı uğursuz olacaq.

“Əgər Qafqazda gərginlik saxlansa, "Şərq tərəfdaşlığı" proqramı uğursuz olacaq. Bu barədə Ermənistan Milli Məclisində 4 iyulda çıxışı zamanı Avropa İttifaqının prezidenti Herman van Pompey bildirib.
Onun sözlərinə görə, iyunun əvvəlində münaqişə zonasındakı insidentlər faciədir və onların qarşısının alınması üçün tədbirlər görülməlidir.
Avropa İttifaqının başçısı Qarabağ münaqişəsi tərəflərini ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin liderlərinin atəşkəs rejimi ilə bağlı çağırışına əməl etməyə çağırıb. Cənab Pompey qeyd edib ki, tərəflər "ritorikadan əl çəkməli" və “keçmişin əsiri” olmamalıdırlar.
O həmçinin əlavə edib ki, Brüssel ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin tənzimlənməsi prosesinə kömək etməyə hazırdır.
Bunun üçün rıçaqlardan biri "Şərq tərəfdaşlığı" proqramıdır. Ukrayna, Belarus, Moldova və Gürcüstandan başqa Azərbaycan və Ermənistan da onun üzvüdür. Pompeyin fikrincə, "Şərq tərəfdaşlığı" proqramı arzu edilən nəticəni verməz, regionda vəziyyət gərgin olaraq qalar, müharibə təhdidi saxlanılar.
Aİ prezidenti öz çıxışında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına da toxunub. O, bəyan edib ki, Yerevanla Ankara arasında dialoq qeyd-şərtsiz aparılmalıdır.
XS
SM
MD
LG