Accessibility links

Vanessa Sahinovicin iflic olması mümkündür


Avstriyanın Avropa Oyunlarında iştirak edən komandasının sözçüsü BBC-ə deyib ki, Atletlər Şəhərciyində avtobusla vurulmuş Vanessa Sahinovicin beli qırılıb və "iflic olması mümkündür".

Wolfgeng Eicher təsdiq edib ki, 15 yaşlı üzgüçü ötən gecə aparılmış on saatlıq əməliyyatdan sonra süni komadadır, ancaq onun hazırda vəziyyəti sabitdir.

O, üç avstriyalı sinxron üzgüçünü avtobusun vurduğu anı göstərən və saytlarda bu gün yayılmış video ilə bağlı şərh verməyib.

O, həkimlərin Vanessa Sahinovic-in həyatına təhlükə olmadığını bildirdiklərini söyləyib. "...ancaq bir çox sümüyü və onurğası sınıb və çoxlu zədələr var...Onu bir neçə dəfə əməliyyat etmək lazım gələcək. Ancaq ona və ailəsinə sağalacağını arzu edirik, indiyə kimi bütün əməliyyatlar uğurlu keçib".

Vanessa Sahinovic iflic ola bilərmi? Bu suala cavabında cənab Elcher deyib ki, həkimlər bunun mümkün olduğunu deyir, "amma bir həftə gözləmək lazımdır ki, onun vəziyyətini dəqiq bilək".

Cənab Elcher atletləri avtobusun vurduğunu göstərən video barədə şərh verməkdən imtina edib, amma deyib: "Biz burada atletlərin qayğısına qalırıq və onun (Vanessa Sahinovic) ən yaxşı müalicə almasına zəmanət vermişik və bunu təmin edirik".

XS
SM
MD
LG