Accessibility links

Bakıda ağır yol qəzası olub


Bu gün səhər saatlarında Bakıda 62 saylı sərnişin avtobusu qəzaya düşüb

APA agentliyinin məlumatına görə hadisə Bakının Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG