Accessibility links

Azərbaycan filmi Amerikada mükafat alıb [Video]


"Axınla aşağı" filminin təqdimatı
"Axınla aşağı" filminin təqdimatı

“Axınla aşağı” filmi “Azərbaycanfilm” kinostudiyasında çəkilib

Azərbaycanın “Axınla aşağı” bədii filmi Amerikada 30 aprel – 7 may tarixlərində Los Ancelesdə keçirilən SEEfest Film Festivalında “ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb.

SEEfest Film festivalı Amerika Kino Akademiyasının xüsusi dəstəyi ilə keçirilir.

“Axınla aşağı” filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG