Accessibility links

Ay tutulması [Video]


Ay tutulması
please wait
Embed

No media source currently available

0:00 0:02:25 0:00

Ay tutularkən Yer Kürəsinin kölgəsinə düşür. Bu, isə əlahiddə haldır, çünki bu dəfə kölgəyə düşən ay Yer Kürəsinə ən yaxın nöqtədə olacaq.

Noah Petro: "Beləliklə ay parlaq halından getdikçə qırmızı rəngə çalacaq. Yer Kürəsində günəşin doğması və batmasının effekti ayın səthində əks olunacaq."

Sonuncu dəfə super ayla bərabər ayın tutulması 1982-ci ildə baş verib.

NASA 1960-ci ildə Apollo proqramından bəri uzun müddətdir aya nəzarət edir. Son illərdə fəza agentliyi ayın səthindən 20 km yüksəkdə uçan cihazdan məlumat toplayır.

Noah Petro: "Biz orada altı il olduğumuz müddətdə yeni çuxurların əmələ gəldiyini və səth boyunca suyuyun miqrasiyasının sübutlarını görürük. Çoxlu su deyil, az miqdarda su. Lakin ayın dəyişməz qaldığına dair düşüncə artıq fərqlidir."

Günəş sisteminin yaxın tarixinə nəzər salsaq, Ayın bəzi daşlarının dörd milyard il yarım yaşı var.

Noah Petro: "Beləliklə Aya baxmaqla biz eyni zamanda Yer Kürəsinin dərin tarixinə baxırıq.Düşünürəm ki, buna əsaslanaraq biz planetimizin necə dəyişdiyini və bütün planetlərin zaman keçdikcə necə dəyişdiyini öyrənə bilərik. Planetin formalaşmasından sonra nə baş verdiyini başa düşmək üçün Ayın səthində tədqiqat aparmaq ən maraqlı və ən yaxşı yerdir."

Super Ay Şimali Amerikada, Cənubi Amerikanın her yerində bazar günü gün batdıqdan sonra, Avropa, Afrika və Yaxın Şərqdə isə bazar ertəsi sübh erkən görünəcək. Növbəti dəfə bu hadisə 2033-cü ildə baş verəcək.

XS
SM
MD
LG