Accessibility links

Ayaz Mütəllibov Bakıda yaşayacaq


Turai Yar'Adua, wife of late President Umaru Yar'Adua, stands with Patience Jonathan as her husband's body is loaded into a plane to be transported for burial in Katsina, May 2010.
Turai Yar'Adua, wife of late President Umaru Yar'Adua, stands with Patience Jonathan as her husband's body is loaded into a plane to be transported for burial in Katsina, May 2010.

O 20 illik mühacirətdən sonra dünən Bakıya dönüb. Ayaz Mütəllibovun vətənə qayıtması “Eks-prezidentlər və onların ailə üzvlərinin təminatı haqqında” qanun qəbul edildikdən sonra mümkün olub.

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 20 illik mühacirətdən sonra iyulun 7-də Bakıya qayıdıb. Onun vətənə qayıtması “Eks-prezidentlər və onların ailə üzvlərinin təminatı haqqında” qanun qəbul edildikdən sonra mümkün olub. Belə qanun keçmiş prezidentin üzərindən cinayət ittihamını götürüb.
A.Mütəllibov qanuna uyğun olaraq onun üçün ayrılmış mühafizəçilərinin müşayiəti ilə Bakının Mərdəkan qəsəbəsindəki evinə gedib.
Qanuna görə, eks-prezident ömrünün sonunadək fəaliyyətdə olan prezidentin əmək haqqının 50 faizi miqdarında pensiya alır və hər il prezidentin əmək haqqının 20 faizi qədər dəftərxana xərcləri üçün ödənilir. Eks-prezident vəfat etdikdən sonra isə onun pensiyasının 50 faizi həyat yoldaşına verilir.
A.Mütəllibova qarşı 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı cinayət işi qaldırılmışdı və barəsində həbs qəti imkan tədbiri seçilərək axtarış elan edilmişdi. Mütəllibov 2011-ci ilin avqustunda hökumətin icazəsi ilə Bakıda oğlunun dəfnində iştirak edib və oğlunun 40 mərasiminədək Bakıda qalmışdı.
O Bakıya gəlişi zamanı eks-prezident Heydər Əliyevin məzarını ziyarət edib və dövlətçiliyin möhkəmlənməsində Heydər Əliyevin mühüm rolunu qeyd edib.
Eks-prezident deyib ki, hətta onun özünün də bir fərd kimi formalaşmağında və sonradan dövlət xadimi olmasında Heydər Əliyevin müstəsna rolu olub.
“Azərbaycanın bu gününü görən hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir”, - deyə ötən il Ayaz Mütəllibov prezident İlham Əliyevin də fəaliyyətini təqdir edib.
Bu il iyulun 2-də Ayaz Mütəllibov siyasətdən getdiyini bəyan edib və Sosial-demokrat partiyasının həmsədrliyindən istefa verib.
XS
SM
MD
LG