Accessibility links

Ayova ştatının sakinləri ABŞ prezidentliyinə ilkin seçkilərdə imtiyaza sahibdirlər. Prezidentliyə namizədlər, jurnalistlər və ekspertlər Ayova ştatına üz tutub. Siyasi reklamlar ştatda her yeri bürüyüb. Radio, TV, bilbordlar, evlərə göndərilən vərəqələr bu həftə sonuna qədər dayanmadan seçki kampanyasını davam etdirib.

Des Moynes şəhərinin sakini Darren Zitteriç deyir ki, ekranlarda seriallardan çox seçki kampaniyası reklamları yer alıb.

Restoranda çalışan təqaüdçü CB Skot ekranlardakı siyasi reklamların çoxalmasının insanları bezdirməsi ilə razılaşır.

“Mən televizorun səsini kəsmək istəyirəm. Çünki onlar biri-birilərini dəlicəsinə tənqid edir. Kim bilir hansı düz deyir? Onlar bir-birinin ardınca dayanmadan reklam olunur.”

İctimai rəy sorğuları aparan şirkətlər də sakinləri telefon zəngləri ilə narahat edir. Şəhərdən kənar ərazilərdə ev telefonları yayqın olduğu üçün vəziyyət daha da pisdir.

“Seçki kampaniyası vaxtı sən bilirsən ki, bu zənglərə cavab verəcəksən. Demək olar ki, hər axşam azı 5 dəfə,” deyə Elk Horn qəsəbəsinindəki kiçik kafenin sahibi Ceyms Uren bildirir.

Ceyms Uren: “Problem ondadır ki, dincəlməyə vaxt tapmırsan. Dayanmadan kiminsə suallarına cavab verirsən.”

Des Moynes şəhərinin sakini Petti deyir ki, onu ən çox narahat edən mobil telefonlara göndərilən mesajlardır. O deyir ki, o kokusun bitməsini səbirsizliklə gözləyir.

Petti: “Səsvermədən sonra özümü çox yaxşı hiss edəcəm. Yuxudan oyanacam və bu səsləri eşitməyəcəm. Sadəcə kimin qalib gəldiyindən başqa.”

SMG Delta qrupunun məlumatına əsasən Ayova seçkiləri üçün 70 milyon dollara yaxın vəsait xərclənib.

Bəziləri üçün baş verənlər ABŞ demokratik sisteminin müvəffəqiyyəti naminə olsada, bəziləri azad söz ifadəsinin, azad naharat etmək hüququna bərabər olduğunu deyir.

XS
SM
MD
LG