Accessibility links

Azərbaycanın ABŞ-da əcaib lobbiçiliyi


Inside Azerbaijan’s Bizarre U.S. Lobbying Push - BuzzFeed
Inside Azerbaijan’s Bizarre U.S. Lobbying Push - BuzzFeed

Amerikalı jurnalist Əliyev hökumətinin Gülənçilərlə işbirliyi haqda yazır

“Nəhəng yanacaq gəlirlərini siyasi dəstəyə çevirməyə çalışan Azərbaycan ABŞ qanunvericiləri arasında təsir qabiliyyəti əldə etmək üçün mühacirətdə olan nüfuzlu türk və Texas qubernatorunun bacısı ilə birgə işləyərək qeyri-adi kampaniyaya baş vurub.” Bu, Birləşmiş Ştatların nüfuzlu portallarından olan BuzzFeed veb səhifəsinin “Azərbaycanın ABŞ-da əcaib lobbiçiliyinin içərisində: Nə üçün Bakı ABŞ qanunvericilərinin ürəyini və ağlını qazanmaq üçün Gülənçi hərəkatı ilə birgə işləyir?” adlı məqaləsində yazılır.

Rosie Gray yazır ki, 2013-cü ildən bəri ştat qanunvericiləri sabiq Sovet respublikasına dair 17 qətnamə qəbul edib. Müəllif hesab edir ki, bu təşəbbüsləri birləşdirən bir amil var: təşəbbüskarların ən azı biri Bakıda Amerikalılar və Avrasiyalılar üçün Turkuaz Şurasının təşkil etdiyi konfransda iştirak edib. Hyustonda qərargahlanan şura mötədil islamçı Hizmət hərəkatının lideri Fətullah Gülənlə əlaqəlidir: “Yuta, Nyu-Meksiko, Tennesi, Cənubi Dakota, Missuri, Arkanzas, İndiana, Oklahoma, Arizona, Pensilvaniya, Missisipi, İllinoys, Qərbi Virciniya, Vayominq və Havay adalarında həyata keçirilən təşəbbüslər Azərbaycanın daxilində yaxşı qarşılanır”.
“Azərbaycanın ABŞ-dakı lobbiçiliyi üç başlıca kanalla həyata keçirir: səfirlik; yeni qrup hesab edilən Azərbaycan Amerika Alyansı; və bu yaxınlarda Vaşinqtonda ofis açan dövlət neft şirkəti - ARDNŞ”
BuzzFeed
Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə insan haqları pozuntularına dair tənqidlərdən indiyədək rahat yan keçə bilib. Sunlight Fonduna istnad edən müəllif yazır ki, ölkənin imicini yaxşılaşdırmaq üçün 2.3 milyon dollar xərcləyən Azərbaycan ABŞ-da lobbiçiliyə ən çox pul ayıran 10 ölkədən biridir. “Azərbaycanın ABŞ-dakı lobbiçiliyi üç başlıca kanalla həyata keçirir: səfirlik; yeni qrup hesab edilən Azərbaycan Amerika Alyansı; və bu yaxınlarda Vaşinqtonda ofis açan dövlət neft şirkəti - ARDNŞ” – BuzzFeed məqaləsində deyilir.

Karnegi Beynəlxalq Sülh Fondunun Cənubi Qafqaz üzrə eksperti Tom De Vaala istinad edən müəllif yazır ki, Azərbaycanda oliqarx övladlarının lobbiçilik fəaliyyətləri fenomen halı alıb.

2013-cü ildə Bakıda səfərdə olan Tennesi Nümayəndələr Palatasının üzvü Co Tauns Azərbaycanla bağlı qərarı bu il təqdim edib. Yerli media isə onun Hyustondakı Azərbaycan və Türk icmasının üzvlərindən seçki kampaniyası üçün 10 min dollar ianə əldə etdiyini bildirir. Tauns bu ianədən ilhamlanaraq qətnamə hazırladığını rədd edir.
Vaşinqtonda ABŞ-Azərbaycan qurultayında nahar ziyafəti. 30 aprel, 2014.
Vaşinqtonda ABŞ-Azərbaycan qurultayında nahar ziyafəti. 30 aprel, 2014.
“Konqres məlumatlarına əsasən qanunvericilərin səfərlərinin xərclərini gülənçi Kemal Oksuzun rəhbəri olduğu Turkuaz Şurası ödəyib. Oksuz həmçinin Hyunstonda qərargahlanan və ARDNŞ-nin sponsorluq etdiyi Azərbaycanın Dostları Assambleyasına (AFAZ) rəhbərlik edir. Təşkilat aprelin sonunda Vaşinqtonda təşkil edilən ABŞ-Azərbaycan Qurultayına ev sahibliyi edib və orada Bakıya səfər edən qanunvericilərlə yanaşı, başqa Konqres üzvləri və adminsitrasiya rəsmiləri iştirak edib. Assambleyanın vitse-prezidenti Texas qubernatoru Rik Perrinin bacısı Milla Perri Cons və xəzinədarı isə ARDNŞ-nin ABŞ-dakı filialının rəhbəri Rauf Məmmədovdur. Oksuz habelə Texasda Gülənçi məktəb şəbəkəsinin inşasını həyata keçirən “TDM Contracting” şirkətinin sahibidir. (Telefonla əlaqə zamanı Cons bildirib ki, onun AFAZ-da mövqeyi ödənişsiz və formal xarakter daşıyır və o, bu qrupla Azərbaycana səfərindən sonra əlaqə qurmağa başlayıb. Cons deyib ki, onun təşkilatın üzvləri barədə heç bir fikri yoxdur)” – deyə müəllif Rosie Gray bildirir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.buzzfeed.com/rosiegray/inside-azerbaijans-bizarre-us-lobbying-push

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG