Accessibility links

Azad ticarət razılığının yerli əməkçilərə təsiri [Video]


Azad ticarət razılığının yerli əməkçilərə təsiri
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Azad ticarət razılığının yerli əməkçilərə təsiri

Bir çox Demorat və həmkarlar ittifaqları artan beynəlxalq rəqabət nəticəsində işlərini itirmiş amerikalı işçiləri maddi yardımla təmin edən az tanınmış proqram üzərində işləyirlər.

Konqres və prezidentə Sakit Okean və Avropa ölkələri ilə azad ticarət razılıqları ilə bağlı sürətli qərar vermək səlahiyyəti verilməsi üzərində müzakirələr intensivləşir. Bir çox Demorat və həmkarlar ittifaqları artan beynəlxalq rəqabət nəticəsində işlərini itirmiş amerikalı işçiləri maddi yardımla təmin edən az tanınmış proqram üzərində işləyirlər. Mühafizəkarlar deyir ki, Ticarətin Tənzimlənməsinə Yardım proqramı heç bir nəticə vermir, xərcləri çoxdur və ləğv olunmalıdır. Lakin keçmiş polad zavodu fəhləsi proqramın nəticə verdiyini deyir və genişlədirilməsinə çağırır.

Mən Ticarətin İslah Ehtiyatları və Ticarətin Tənzimlənməsinə Yardım proqramlarını tapdığım üçün çox şanslıyam. Bu proqramlar həmkarlar ittifaqının bizə ayırdığı yardımdır

Baltimorun cənub-şərqində yerləşən Sparrows Point məhəlləsində bir zamanlar Bethlehem poladəridən zavodu fəaliyyət göstərirdi. Ölkənin ən böyük polad istehsalçılarından olan bu zavodda 30 minə yaxın amerikalı işləyirdi.

Maykl Smit burada 13 il kran operatoru vəzifəsində çalışıb. O, bura iki ildə ilk dəfədir ki, gəlir.

“Mənin buranın keçmiş halı yadımadır. Səslər, görüntülər, traktorlar yadımadır. Əslində burda olmaq mənim üçün çətindir. Ürəyim ağrıyır.”

Zavod 2012-ci ilə bağlandı. O, artan qlobal rəqabətlə yanaşı bir sıra pis biznes qərarlarının qurbanı oldu. Nəticədə Smit və bazarda tələb olunan bacarıqlara sahib omayan 2,500 zavod fəhləsi işsiz qaldı.

“Mən Ticarətin İslah Ehtiyatları və Ticarətin Tənzimlənməsinə Yardım proqramlarını tapdığım üçün çox şanslıyam. Bu proqramlar həmkarlar ittifaqının bizə ayırdığı yardımdır.”

Proqram Smitə həftəlik təqaüd ayırır. O, bu puldan kitab almaq və təhsil haqqını ödəmək üçün istifadə edir. Smit may ayında psixologiya üzrə bakalavr dərəcəsi üzrə məzun olub.

Mən məsləhətçi psoxoloq olmaq istəyirəm və ümid edirəm ki, bu zavoddakı 13 illik işimi itirəndən sonra yaşadığım əzab-əziyyət mənə icmadakı digər insanlara kömək etməyimə yardım edər.”

Bethlehem poladəridən zavodu
Bethlehem poladəridən zavodu

Baxmayaraq ki, proqram Smit üçün uğurlu olub, bir çox mühafizəkar deyir ki, Ticarətin Tənzimlənməsinə Yardım proqramı israflı və səmərəsizdir. CATO İnstitutunun ticari siyasət üzrə eksperti Dan İkenson deyir ki, ticarətə görə bir iş yeri bağlanırsa, digər səbəblərdən 30 iş yeri bağlanır.

“Mənim birinci sualım budur: Niyə biz qlobal ticarətə görə işlərini itirən insanlara digərlərindən fərqli davranmalıyıq?”

İkenson israr edir ki, ticarətdən daha çox insan qazanır nəyin ki ziyana uğrayır. O deyir ki, dövlət yardımındansa, işlərini itirən işçilərə istehsalçılar təlim keçə bilər. Onlar təcrübəli işçilərin çatışmazlığöından şikayət edirlər. Bir-iki il işləmək müqabilində daha çox işçiyə təlim keçməyə sövq etmək ticarətin tənzimlənməsinə yardım proqramından daha çox faydalı olar.

Konqresin Sakit Okean ölkələri ilə azad ticarət sazişlərinin tərkib hissəsi olaraq 400 milyonluq proqramın uzadılması ilə bağlı səsvermə keçirilməlidir. Ancaq Konqresdə çoxluq təşkil edən Respublikaçıların buna qarşı çıxacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG