Accessibility links

Azadlıq qəzetinin bank hesabına həbs qoyuldu


Ayı işi ilə bağlı məhkəməyə etiraz aksiyası

Ayı işi ilə bağlı məhkəməyə etiraz aksiyası

Qəzet heyəti: “Hesaba həbs qoyulması hakimiyyətin qəzetin sıradan çıxarılması yolunda növbəti addımıdır.”

Noyabrın 5-dən Yasamal rayon məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.

Belə ki, Yasamal Rayon İcra Şöbəsi nəqliyyat naziri Ziya Məmmədovun oğlu “ZQAN Holdinq” Şirkətlər Qrupunun rəhbəri Anar Məmmədovun iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlayıb.

“Azadlıq” qəzetində nazir oğlunun restoranda ayı kəsdirib, kabab çəkdirməsi ilə bağlı məqalə dərc edib. A.Məmmədov məqalə ilə bağlı 2010-cu ildə məhkəmədə iddia qaldırıb. Yasamal rayon Məhkəməsi onun iddiasını təmin edib və “Azadlıq” qəzetinin 4 min 200 manat təzminat ödəməsi barədə qərar qəbul edib. Qərara əsasən, qəzet həmçinin təkzib verməli və üzrxahlıq etməlidir.

"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacı

"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacı

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacı hesaba həbs qoyulmasını hakimiyyətin qəzeti sıradan çıxarmaq planının tərkib hissəsi adlandırıb.

“Hökumət “Azadlıq” qəzetini susdurmaq və ya sıradan çıxarmaq istəyir. Hesaba həbs qoyulması hakimiyyətin qəzeti sıradan çıxarılması yolunda növbəti addımıdır”, - deyə o qeyd edib.

“Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çap olunur. Qəzet Azərbaycanın ilk müstəqil qəzetidir. Nəşr bir qayda olaraq azad fikrin yayılmasında həlledici rol oynayıb. Son dövrlər isə qəzet ölkədə populyar mövzuya çevrilmiş fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşının qaytarılması müqabilində və deputat olması üçün rəsmilərə verdiyi milyonlarla manat rüşvətlə bağlı videolar yayır, məqalələr dərc edir. Bu məqalələr ölkədə geniş tənqidi reaksiyalar yaradıb.
XS
SM
MD
LG