Accessibility links

“Azadlıq” qəzetinin çapı dayandırıla bilər


Azadlıq qəzeti piket keçirib
Azadlıq qəzeti piket keçirib

Qəzetin nəşriyyata 15 min manat borcu yaranıb. “Qasid” Firması isə qəzetə olan 72 manat borcunu ödəmir

“Avqustun sonunda “Azadlıq” qəzeti yenidən çapını dayandıra bilər. Çünki “Azərbaycan” Nəşriyyatı avqustun 31-dək borclarımızın ödənilməsi üçün vaxt qoyub”. Bu barədə “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə qəzetin nəşriyyata 15 min manat borcu yaranıb.

“Bununla yanaşı “Qasid” Mətbuat Yayımı Firmasının “Azadlıq” qəzetinə 72 min manat borcu var. Şirkət qəzetin satışından əldə edilən vəsaiti redaksiyanın hesabına ödəmir. Beləliklə, qəzet nəşriyyata olan borcunu ödəyə bilmir”, o qeyd edib.

Avqustun 27-də “Azadlq” qəzetinin kollektivi “Qasid” Firması qarşısında etiraz aksiyası keçirir.

Xatırladaq ki, “Qasid” Firması “Azadlıq” qəzetinə olan borcunu ödəmədiyinə görə qəzet 2013-cü ilin payızında ictimai yardım kampaniyası keçirib və oxucular qəzeti dəstəkləyib. Bu ilin iyulunda da qəzet nəşriyyata olan borclarını ödəyə bilmədiyindən bir neçə gün nəşr olunmayıb.

XS
SM
MD
LG