Accessibility links

Məhkəmə “Azadlıq” qəzetini 30 min, müxbiri 2 min manat cərimələyib


Azadlıq qəzeti
Azadlıq qəzeti

“Azadlıq” qəzeti məhkəmənin qərarını nəşrin susdurulması ilə bağlı siyasətin tərkib hissəsi kimi qiymətləndirib

Oktyabrın 22-də Yasamal rayon məhkəməsi “Azadlıq” qəzetini 30 min manat, qəzetin müxbiri Ramin Dekonu 2 min manat cərimə edib.

Vəkil Fariz Namazlı bildirib ki, Yasamal Rayon Məhkəməsi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiasını təmin edib. Məhkəmə qəzetin təkzib verməsini, mənəvi zərərə görə “Azadlıq”dan 30 min, Ramin Dekodan isə 2 min manat təzminat tutulmasını qərara alıb.

Kəbirə Məmmədova “Azadlıq” qəzetində Ramin Dekonun Avroviziya ilə bağlı dərc olunmuş məqaləsinə görə məhkəməyə müraciət edib. Məqalədə Azərbaycanda keçirilən “Avroviziya 2012” musiqi yarışmasına görə Binə Ticarət Mərkəzində sahibkarlardan pul yığılması iddia olunur.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacı Amerikanın Səsi radiosuna məhkəmənin qərarını qəzetin susdurması ilə bağlı hakimiyyətin siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.

“Azərbaycanda məhkəmə sistemi icra hakimiyyətindən asılıdır. Bu qərar icra hakimiyyətinin “Azadlıq”a qarşı repressiya siyasətinin açıq göstəricisidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG