Accessibility links

İlham Əliyevlə Fransua Olland görüşüb


Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın görüşü
Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın görüşü

Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıb.

XS
SM
MD
LG