Accessibility links

Azərbaycan və Ukrayna əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar olduğunu bildirir


Elmar Məmmədyarov və Natalia Qalibarenko

Elmar Məmmədyarov və Natalia Qalibarenko

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Ukrayna xarici işlər nazirinin birinci müavini Natalia Qalibarenko ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanaə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Bu günlərdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun qlobal və regional məsələlərin müzakirəsi baxımdan vacib platforma rolu oynadığı diqqətə çatdırılıb.

Azərbaycanla Ukrayna arasında ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğu qeyd edilib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın öz xarici siyasətində bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipindən çıxış etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında müzakirələr aparılıb.

Ukrayna xarici işlər nazirinin birinci müavini Natalia Qalibarenkonunun Azərbaycana səfəri çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.

XS
SM
MD
LG