Accessibility links

Azərbaycan-İran sərhədində silahlı insident


Azərbaycan-İran sərhəddində atışma olub
Azərbaycan-İran sərhəddində atışma olub

Aprelin 17-də Azərbaycanın Cəlilabad rayonunun Dələli kəndi (Bakıdan 211 kilometr cənub) ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 2 kiloqram heroinin və 3 kiloqram marixuananın İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA agentliyinə bildiriblər ki, sərhəd pozucuları qanunun tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində bir nəfər sərhəd pozucusu yaralanıb. Dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

Cinayətin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG