Accessibility links

Azərbaycan İsrailə yanğınların söndürülməsi üçün təyyarə göndərəcək


Yanğın
Yanğın

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri meşə yanğınları ilə mübarizə üçün “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlığa başlayıb.

FHN qüvvələri və vasitələri İsrail hökumətinin Azərbaycan hakimiyyətinə müvafiq müraciəti əsasında göndəriləcək.

Bu barədə Azərbaycan FHN-in mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, İsrail hakimiyyəti Türkiyəyə də müraciət edib.

Son günlər Hayfa şəhəri ətrafında güclü yanğınlar baş verib, meşələrə və müxtəlif tikililərə ciddi ziyan dəyib.

Davam edən güclü küləklər yanğın zonasının genişlənməsinə səbəb olur.

XS
SM
MD
LG