Accessibility links

Gürcüstan iqtisadiyyatına investisiyaların 40 faizdən çoxunu azərbaycanlılar qoyub


Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon dollar investisiya yatırıb.

Virtualaz.org saytı xəbər verir ki, bu, qonşu ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların az qala yarısını - 40 faizindən çoxunu təşkil edir.

Ötən il Azərbaycanda yaşanan iki devalvasiya və bundan irəli gələn valyuta axını şəraitində Gürcüstana xeyli miqdarda kapital qoyuluşu baş verib.

Azərbaycanlıların Gürcüstan iqtisadiyyatına bu cür rekord həcmdə yatırım qoymasını ölkədəki münbit iqtisadi iqlimlə əsaslandırırlar. Azərbaycandan Gürcüstana investisiya axını 2012-ci ildən sürətlə artmaqdadır.

Ötən il Azərbaycanda yaşanan iki devalvasiya və bundan irəli gələn valyuta axını şəraitində Gürcüstana bu qədər kapital qoyuluşu baş verib.

Azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoru, energetika, otel biznesi və nəqliyyat layihələrinə yatırıb. Habelə investisiyaların bir hissəsi tikinti sektoruna qoyulub.

Mixeil Saakaşvilinin həyata keçirdiyi islahatlar sayəsində Gürcüstan sabiq Sovet məkanında ən proqressiv ölkələrdən birinə çevrilib.

Mixeil Saakaşvilinin həyata keçirdiyi islahatlar sayəsində Gürcüstan sabiq Sovet məkanında ən proqressiv ölkələrdən birinə çevrilib.

Sabiq kommunistlərdən ibarət siyasi elitanın 2003-cü ildə Qızılgül İnqilabında əvəzlənməsindən bəri Gürcüstanda köklü hüquqi islahatlar aparılmış, ölkəyə milyardlarla dollar həcmində xarici investisiya cəlb edilmişdir.

Vaşinqtonda qərargahlanan Heritage fondunun 2016-ci il iqtisadi azadlıqlar üzrə indeksinə əsasən Gürcüstan Cənubi Qafqaz ölkələri arasında iqtisadi baxımdan ən azad ölkədir. İndeksdə Gürcüstan 23-cü, Ermənistan 54-cü, Azərbaycan isə 91-ci yerdə qərar tutur.

XS
SM
MD
LG