Accessibility links

2012-ci ilin sonunadək Azərbaycan peyki səmaya qaldırılacaq


Azərbaycan peyki
Azərbaycan peyki
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2012-ci il üçün ölkənin bütün ərazisi yerüstü rəqəmsal ötürücü siqnal ilə təmin ediləcək. Bu gün rəqəmsal TV ölkənin 85%-i əhatə edir. Regionlarda 12 kanallı yerüstü rəqəmsal televiziya sosial paketi translyasiya edilir, Bakıda paketə 24 kanal daxil edilib.
Nazirlik məlumat verir ki, 2012-ci ilin oktyabrında Azərbaycanın Azerspace-1 peyki Kuru kosmodromuna (Fransa Qvianası) çatdırılacaq və ilin sonuna kimi peyk buraxılacaq.
Azerspace-1 peykini Amerikanı Orbital Sciences Corporation şirkəti hazırlayıb və onu Fransanın Arianespace şirkəti Avropa Kosmik Agentliyi ilə əməkdaşlıqda buraxacaq. O, 46 qr. orbital mövqedə yerləşdiriləcək. Onun 36 aktiv transponderi olacaq. Azərbaycan həmçinin həcmin bir hissəsini xarici telekanallara icarəyə vermək istəyir. Hazırda Azərbaycan kanalları Türkiyənin Türksat 2A/3A 42 qr E peykindən Avropa, Şimali Afrika, Yaxın Şərq və Rusiyaya yayımlanır. Azərbaycan həmçinin Hotbird 13 qr. E-dən yayım aparır, deyə CNEWS məlumat verir.
XS
SM
MD
LG