Accessibility links

Azərbaycanda əhalinin 44 faizi internetdən istifadə edir


Azərbaycanda əhalinin 44 faizi internetdən istifadə edir
Azərbaycanda əhalinin 44 faizi internetdən istifadə edir

Azərbaycan Milli Elmlər Akademiyasının Informasiya Texnologiyaları institutunun direktoru Rasim Əliquliyev “Amerikanın səsi” radiosuna müsahibəsində, ölkə əhalisinin 44 faizinin internetdən istifadə etdiyini bildirib

Azərbaycan Milli Elmlər Akademiyasının Informasiya Texnologiyaları institutunun direktoru Rasim Əliquliyev “Amerikanın səsi” radiosuna müsahibəsində, ölkə əhalisinin 44 faizinin internetdən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, internet şəbəkəsi ölkənin bütün ərazisini əhatə edir. “Hazırda əhalinin 20 faizinin kompüteri var və bu faiz sürətlə artmaqdadır. Gənclərin kompüter texnologiyalarına həvəsi xüsusilə diqqəti cəlb edir”.

Alim Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətlə baş verdiyini deyib. “Əhali arasında artıq İnformasiya Kommunikasiya Texnologiyaları təfəkkürü formalaşıb”, - deyə o qeyd edib.

XS
SM
MD
LG