Accessibility links

Azərbaycanda qızların nikah yaşı 18 olub


Azərbaycanda qızların nikah yaşı 18 olub

Azərbaycanda qızların nikah yaşı 18 olub

Bundan öncə, istisna hallarda qızlara 17 yaşında nikaha icazə verilirdi

Milli Məclisin noyabrın 15-də keçirilən iclasında Ailə Məcəlləsinə əlavə və dəyişiklik layihəsi qəbul olunub. Yenilik qızların nikah yaşının 17-dən 18-ə qaldırılmasını nəzərdə tutur.

“Media forum” saytının məlumatına görə, iclasda Cinayət Məcəlləsinə dəyişiklik layihəsi də qəbul olunub. Yeniliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Xatırladaq ki, bundan öncə istisna hallarda qızlar 17 yaşında nikaha daxil ola bilərdi. Bununla yanaşı, qızlar və oğlanlar üçün nikah yaşı 18 idi.

XS
SM
MD
LG