Accessibility links

Aksiyada “Qorbaçov, Yazov, Bakatin, Primakov beynəlxalq məhkəməyə verilsin!”, “Qarabağdan əlini çək!” şüarları qaldırılıb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.
Aksiya 1990-cı il yanvar faciəsinin növbəti ildönümünə həsr olunub. QAT fəalları bu ağır cinayətin günahkarlarının cəzalandırılmasını tələb edib. Onlar “Qorbaçov, Yazov, Bakatin, Primakov beynəlxalq məhkəməyə verilsin!”, “Qarabağdan əlini çək!” yazılmış plakatlar qaldırıb. Lakin gücləndirilmiş polis dəstələri aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib.
Polislər piketin qətnaməsini götürərək səfirliyə təqdim edəcəklərini bildirib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusu Bakı şəhərində dinc əhaliyə divan tutub. Bu qanlı aksiya nəticəsində 131 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub.

XS
SM
MD
LG