Accessibility links

Azərbaycanın 2012-ci il dövlət büdcəsi 16 milyard 436 milyon 400 min manat təşkil edəcək


Azərbaycanın 2012-ci il dövlət büdcəsi 16 milyard 436 milyon 400 min manat təşkil edəcək

Azərbaycanın 2012-ci il dövlət büdcəsi 16 milyard 436 milyon 400 min manat təşkil edəcək

2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barrelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.

Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

AzərTAc Dövlət Agentliyinin məlumatına görə, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon 400 min manat təşkil edəcək. Xərclər hissəsi isə 16 milyard 984 milyon 400 min manat proqnozlaşdırılıb. Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində nəzərdə tutulur.
İclasda qeyd edilib ki, növbəti ilin dövlət büdcəsinin sosial yönümlüyü və investisiya xarakterli olması təmin edilib. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərcləri nəzərə almaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclər artırılıb.
Konsepsiya və proqnozların hazırlanması prosesində 2011-ci ilin gözlənilən yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının davamlılığının təmin edilməsi şərtləri və gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meylləri, neftin dünya qiymətinin dəyişkənliyi və digər faktorlar nəzərə alınıb.
2012-2015-ci illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən beynəlxalq təşkilatların, bank və maliyyə qurumlarının proqnozları, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və bu proqnozlara təsir edə biləcək amillər təhlil edilib. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları artan istiqamətdədir.
Müzakirələrə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.
Xatırladaq ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 15,55 milyard manat, xərcləri 15,94 milyard manatdır.

XS
SM
MD
LG