Accessibility links

Azərbaycanın Ell/Nikki dueti Eurovision-2011 müsabiqəsinin finalına çıxıb

Azərbaycanın Ell/Nikki dueti Eurovision-2011 müsabiqəsinin finalına çıxıb

Azərbaycanın Ell/Nikki dueti Eurovision-2011 müsabiqəsinin finalına çıxıb

Azərbaycan ilk dəfə “Eurovision” müsabiqəsində 2008-ci ildə iştirak edib və ilk onluğa düşüb. Samir və Elnurun duet şəklində ifa etdiyi "Day after Day" mahnısı 8-ci yeri tutub. Rusiyanın paytaxtında keçirilən “Eurovision-2009” müsabiqəsində Azərbaycanı Aysel və Araş təmsil edib və üçüncü yeri tutub. 2010-cu ildə Səfurə Əlizadə “Drip-Drop” mahnısı ilə 5-ci yeri tutub.

Azərbaycandan Ell/Nikki dueti (Eldar Qasımov və Nigar Camal ) Düsseldorfda “Eurovision-2011” Avropa mahnı müsabiqəsinin finalına çıxıb. Müğənnilər öz yarımfinal qrupunda “Running Scared” mahnısı ilə 18-ci yerdə çıxış edib.
Bu qrupdan finala Azərbaycana qonşu olan ölkələrdən Gürcüstandan rok ifaçısı Eldrine (One More Day kompozisiyası) və rusiyalı Aleksey Vorobyov (Get You) çıxıb. 10 finalçının arasında Azərbaycan, Gürcüctan və Rusiya ifaçıları aşağıdakı ardıcıllqla sıralanıb: 4, 5 və 9.
Turan agentliyinin məlumatına görə, Ermənistanı təmsil edən müğənni Emmi “Boom-boom” mahnısı ilə final qrupuna düşməyib. Gözlənilənlərin əksinə olaraq, Türkiyənin “Yuksek Sadakat” rok qrupu da finala keçməyib.
Həmçinin finala aşağıdakı ölkələrin ifaçıları keçib: Serbiya, Litva, Yunanıstan, Macarıstan, Finlandiya və İslandiya.

XS
SM
MD
LG