Accessibility links

Azərbaycanın qəzaya uğrayan təyyarəsinin uçuş heyətinin 8 üzvünün cəsədi aşkar edilib


Azərbaycanın qəzaya uğrayan təyyarəsinin uçuş heyətinin 8 üzvünün cəsədi aşkar edilib
Azərbaycanın qəzaya uğrayan təyyarəsinin uçuş heyətinin 8 üzvünün cəsədi aşkar edilib

Rəsmilərin bildirdyinə görə, Azərbaycanın 9 nəfər uçuş heyətindən ibarət yük təyyarəsi Əfqanıstanın şərqindəki dağlarda qəzaya uğrayıb. Qəzanın bu gün Pərvan vilayətinin Sayaqred bölgəsində, Baqram hava bazasına gedərkən baş verdiyi bildirilir. Uçuş heyətinin 8 üzvünün cəsədi aşkar edilib. Məlumat rəsmən təsdiq edilməyib. Hadisənin detalları barədə məlumat verilməsə də, hadisə yerinə xilasetmə dəstənin göndərildiyi deyilir. Azərbaycandan alınan məlumatda təyyarənin "Silkway" hava yollarına məxsus olduğu deyilir. NATO-nun sözçüsü isə təyyarənin bundan əvvəl koalisiya qüvvələrinə məxsus olmadığını deyib.

XS
SM
MD
LG