Accessibility links

Babək Çələbiyanlı:Hərəkat gücləndikcə rejim də istəklərimizə diqqət verməyə məcbur olur


Babək Çələbiyanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:09:35 0:00

Bu yaxınlarda İran parlamentinin azərbaycanlı millət vəkilləri məktəblərdə ana dilinin tədrisi tələbi ilə prezident Həsən Ruhaniyə məktub ünvanlayıb. Sentyabr ayında yeni təhsil ilinin başladığı zaman İranda azərbaycanlılar üçün ana dilində təhsil hələ də əlçatmaz arzu olaraq qalır. Güneyli fəal Babək Çələbiyanlı Amerikanın Səsinin “Amerika icmalı” proqramında millət vəkillərinin təşəbbüsü, İran hökumətinin buna reaksiyası və milli fəalların səylərindən danışıb.

İran parlamentindəki azərbaycanlı millət vəkilləri əvvəllər də ana dilinin tədrisi ilə bağlı tələblər səsləndirib. Bu il parlament seçki kampaniyası zamanı ana dilində təhsil parlamentə azərbaycanlı namizədlərin diqqət mərkəzində saxladığı məsələ olub. Lakin bu ilk dəfədir ki, azərbaycanlı millət vəkilləri öz tələblərini İran prezidentinə rəsmən çatdırır. “Burada bir mühüm məsələ də var ki bizə hər zaman “azəri”, ya da başqa adla xitab ediblər. Amma burada millət vəkilləri türk dili yazıblar. Yəni Azərbaycan bölgəsində və türklərin yaşadığı bölgədə türk dilinin tədris olunmasını prezidentdən tələb ediblər. Bu, çox önəmlidir bizim üçün.”

“Burada bir mühüm məsələ də var ki bizə hər zaman “azəri”, ya da başqa adla xitab ediblər. Amma burada millət vəkilləri türk dili yazıblar."

Babək Çələbiyanlı millət vəkillərinin ana dilində təhsil tələblərinə İran rəsmilərinin reaksiyası ilə bağlı fikrini bildirib. “Bu dəfə azərbaycanlı millət vəkillərinin yarıdan çoxu məktub yazıblar və xalqın istəyi olaraq prezidentən Azərbaycanda türk dilinin uşaqlara tədris olunmasını istəyiblər. Bu da onu göstərir ki, Azərbaycan milli hərəkatının hegemonluğu genişləndikcə, böyüdükcə və gücləndikcə rejim də məcbur olur ki, bizim istəklərimizə boyun əysin.”

Güneyli fəal İran sözlərinə görə, bu yaxınlarda İranın təhsil naziri ölkədə etnik azlıqların nümayəndələrinin yaşadığı regionlarda iki dildə təhsilə şəraitin hazırlanması haqda təklifin prezident Ruhaniyə təqdim edildiyini deyib. “Nazirin dediyinə görə, prezident Ruhani fərman versə, bu il bəlkə azərbaycanlılar da və digər qeyri-fars etniklər də öz ana dilində təhsilə başladılar. Amma indidən buna nə şəkildə reaksiya olacağına cavam vermək çətindir. Bilirsiniz ki, orada qüdtərin hamısı prezidentdə deyil və həmişə dini ali lider gərək bunu qəbul etsin.”

“Bu dəfə azərbaycanlı millət vəkillərinin yarıdan çoxu məktub yazıb və xalqın istəyi olaraq prezidentdən Azərbaycanda türk dilinin uşaqlara tədris olunmasını istəyib. Bu da onu göstərir ki, Azərbaycan milli hərəkatı genişləndikcə, böyüdükcə və gücləndikcə rejim də məcbur olur ki, bizim istəklərimizə boyun əysin.”

Millət vəkilllərinin bu təşəbbüsü güneyli fəallar tərəfindən müsbət qarşılayıb və dəstəklənib. Babək Çələbiyanlı milli fəallar və azərbaycanlı millət vəkillərinin bu istiqamətdə birgə səy göstərməsi mümkün ola biləcəyini istisna etmir.”Əlbəttə, orada bir sıra milli fəallar millət vəkilləri ilə sıx əlaqədədir, onlar Azərbaycan millətinin və ya milli hərəkatın istəklərini onlara çatdırır və onlardan istəyir ki, millətimizin istəklərini eşitsinlər, onların istəklərinə əməl etsinlər.”

Milli fəal bölgədə etnik və dini-təriqət zəminində münaqişələrə diqqət çəkərək, İran hökumətinin ölkədə qeyri-sabit vəziyyətin yaranmasına yol verməmək üçün etnik azlıqların fundamental istəklərini təmin edəcəyinə ümid bəslədiyini bildirib. “Bölgədə indi görürük, İraqda, Suriyada, Türkiyədə və başqa yerlərdə etnik və dini qarşıdurmalara baxdığımızda bu hər an İrana keçə bilər. Və buna yol verməmək üçün bizim ən əsas istəklərimizdən olan ana dilində təhsil, iqtisadiyyat və işsizlik, Urmiyə gölünün quruması olsun bu problemləri həll etsələr, bəlkə bir çox məsələlərin qarşısını ala bilərlər.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG