Accessibility links

BAEA Iranın nüvə proqramına dair qətnamə qəbul etdi


BAEA Iranın nüvə proqramına dair qətnamə qəbul etdi
BAEA Iranın nüvə proqramına dair qətnamə qəbul etdi

BMT-nin nüvə silahlarına nəzarətçi agentliyinin direktorlar şurası İranını nüvə proqramının qarşısını almaq məqsədi ilə hazırlanmış qətnaməni təsdiq edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnaməsində İranın nüvə fəaliyyətlərilə bağlı dərin narahatlıq ifadə edilib. 35 üzvdən ibarət direktorlar şurası qətnaməni keçən həftə agentliyin Tehranın nüvə silahları istehsal etməyə səy göstərdiyinə dair əsaslı dəlillərin olduğu deyilən hesabatını açıqlamasından sonra qəbul edib.

Qətnatmənin əleyhinə yalnız Kuba və Ekvador səs verib. İndoneziya bitərəf qalıb.

Sənəd Çin və Rusiyanı narahat edən məqamlar nəzərə alınaraq, ABŞ və dünyanın beş qüdrətli dövləti (Britaniya, Çin, Fransa, Almaniya və Rusiya) tərəfindən hazırlanmışdır.

ABŞ qətnaməni təsdiq etdiyinə görə BMT-nin nüvə agentliyindən razılığını bildirib.

İran BAEA-in hesabatını rədd edərək, nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.

XS
SM
MD
LG