Accessibility links

BAEA-yi İranın nüvə proqramına dair məlumata malik olduğunu bəyan edib


BAEA-yi İranın nüvə proqramına dair məlumata malik olduğunu bəyan edib
BAEA-yi İranın nüvə proqramına dair məlumata malik olduğunu bəyan edib

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını inkişaf etdirdiyinə dair etibarlı məlumata malik olduğunu bəyan edib. Agentliyin bu gün açıqladığı hesabatında bildirilir ki, məlumat İranın nüvə silahları dizayn etdiyi və komponentləri sınaqdan keçirdiyini sübut edir.

Dünən İran prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailə nüvə obyektlərinə qarşı hücum etməmək barədə xəbərdarlıq verib. İranın dövlət başçısı deyib ki, İran heç kimə ona qarşı ölçülər götürməyə yol verməyəcək.O, İranın hərbi qabiliyyətinin Amerika və İsraili qorxutduğunu bildirib.

Washington Post yazır ki, məlumatı nəzərdən keçirən Qərb diplomatları və nüvə ekspertləri İranın xarici alimlərin yardımı ilə bu sahədə ciddi inkişaflar əldə etdiyini bildirib.

Atom Enerjisi Agentliyinin sabiq rəsmisi Deyvid Olbrayt İranın nüvə partlayışına yol aça biləcək kapsul dizayn etdiyini və sınağa hazır olduğunu deyib.

New York Times qəzeti isə kəşfiyyat məlumatına dair rəsmilərin İranın belə qurğuları sınaqdan keçirmək üçün obyektləri olduğuna inandıqlartını bildirib.

İran ruhanisi Ayətulla Əhməd Xatəmi məlumatı yalan adlandıraraq, bunun Beynəlxalq Atom Enerjisi Agentliyinin etibarına xələl gətirdiyini bildirib.

XS
SM
MD
LG