Accessibility links

Bakı şəhərində Babəkə heykəl qoyulacaq


Bakı şəhərində Babəkə heykəl qoyulacaq

Bakı şəhərində Babəkə heykəl qoyulacaq

Babək Xürrəmi 9-cu əsrdə ərəb xilafətinə və Azərbaycanda islamın yayılmasına qarşı üsyana rəhbərlik etmiş böyük sərkərdədir. Onun rəhbərlik etdiyi üsyan Azərbaycanın tarixi ərazilərini, yəni indiki şimali İran və Azərbaycan Respublikasının ərazilərini əhatə edib.

Prezident İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Babək Xürrəmi 9-cu əsrdə ərəb xilafətinə və Azərbaycanda islamın yayılmasına qarşı üsyana rəhbərlik etmiş böyük sərkərdədir. Onun rəhbərlik etdiyi üsyan Azərbaycanın tarixi ərazilərini, yəni indiki şimali İran və Azərbaycan Respublikasının ərazilərini əhatə edib.

Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı 9-cu əsrin ikinci onilliyində indiki tarixi Azərbaycan ərazisini ərəb işğalından azad edib. Üsyan dalğası Bəzz qalasının yerləşdiyi indiki İran ərazisindən şimala - Arrana və cənub-şərqə - Cibəl və Xorasana yayılıb. Beləliklə, Babək yenilməzlik şöhrəti qazanıb.

Ərəb xəlifəsi Məmunun Babəkin üzərinə göndərdiyi qoşuna ilk olaraq Yəhya ibn Məaz ibn Müslüm başçılıq edib. Onların arasında ilk döyüş 819-cu ildə baş verib və tərəflərin heç biri əhəmiyyətli qələbə qazanmayıb. 820-ci ildə xəlifə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini ona verir. Yeni hakim qoşunu ilə Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayır və məğlub edir. Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.

Babəkin son döyüşü 836-cı ilin yazında olur. Ərəb sərkərdəsi Afşinin rəhbərlik etdiyi qoşun ilə Həmədan yaxınlığındakı döyüşdən sonra Babək Bəzz qalasına çəkilir. Afşin Bəzz qalasını uzun müddət mühasirədə saxlayır.

Nəhayət, 837-ci ildə Babək əsir alınır. Babək və qardaşı 838-ci il yanvarın 4-də indiki İraqın Samarra şəhərinə gətirilir və orada şaqqalanıb. Onun başı əhalini qorxutmaq üçün Xorasana göndərilib, bədəni isə Samarrada asılıb.

Bir çox orta əsr mənbələrində Babəkin edam zamanı göstərdiyi mətanət və mərdliyindən bəhs olunur. Məsələn, ərəb tarixçisi ət-Tənhi yazır: “Onun əl-qolunu kəsdikdən sonra başını kəsdilər. Babəkin əllərini, ayaqlarını və başını qarnına soxdular. Qardaşı ilə də belə etdilər. Lakin, onlardan heç biri nə qışqırdı, nə də zərrə qədər ah-nalə etdi".

Babəkin ərəb istilasına və islamın Azərbaycanda yayılmasına qarşı mübarizəsinin bütün iyirmi ili ərzində əsas iqamətgahı olan Bəzz qalası indiki də qalır. Azərbaycan xalqı, xüsusilə İranda yaşayan on milyonlarla azərbaycanlı hər il Babəki yad etmək üçün Bəzz qalasına yürüş edir. Tarixçilər və politoloqlar hesab edir ki, müdaxilələrə baxmayaraq Azərbaycan xalqı hər il Bəzz qalasını ziyarət etməklə İranda islam rejiminə etirazını ifadə edir.

XS
SM
MD
LG