Accessibility links

Nigeriyada Boko Haram adlı militant qrup mobil qüllələri dağıdıb


Qrup Amerikanın Səsini "dinə ziyan vurmaqda" ittiham edir

Nigeriya polisi ölkənin şimalındakı telefon qüllələri hücum nəticəsində dağıdıldıqdan sonra digər bütün telefon qüllələrinə üçün 24 saatlıq nəzarətin tətbiq edilməsi haqda qərar verib.

Boko Haram kimi tanınan islamçı silahlı qrup cümə axşamı baş verən hücumlara görə məsuliyyəti öz üzərinə götürərək telefon şirkətlərinin təhlükəsizlik agentlərinə onların qrup üzvlərinin mobil telefonu vasitəsilə izləyib həbs etməkdə köməklik göstərdiyini bildirib.

Onlar bəyanatlarında “telekommunikasiya şirkətləri onlarla müharibə aparan hökümətə yardım etməyi dayandırana qədər hücumları davam etdirəcəcəklərini” bildiriblər.

Bunun nəticəsində polis müfəttişi general Məhəmməd Əbubəkr dövlət və yerli komandirlərə telekommunikasiya qurğularını mühafizə etmək üçün xüsusi birliklər yaratmağı əmr edib. O vətəndaşlardan hər hansı bir şübhəli hal gördükdə polisə müraciət etmələrini xahiş edib.

Cümə axşamı Boko Haram eləcədə Amerikanın Səsini təhdid edərək onu “dinə xələl gətirməkdə" ittiham edib. Qeyd edək ki, Nigeriyada Amerikanın Səsinin Hausa dil xidməti fəaliyyət göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG