Accessibility links

Baltimorda qadağan saatı ləğv edildi


Baltimor meri Stefani Roulinqs-Bleyk şəhərboyu gecə qadağan saatını ləğv edib. Şəhər bələdiyyə binası önündə isə polis zorakılığına qarşı etiraz aksiyası davam edir.

Baltimor şəhəri keçən ay polis təcridxanasında öldürülən arfo-amerikalı Freddie Qreyin dəfn mərasimindən bəri etiraz aksiyalarına səhnə olub.

Roulinqs-Bleykin sözlərinə görə, o, qadağan saaytının ehtiyacdan artıq tətbiq olunmasını istəməyib. "Mənim qadağan saatı tətbiq etməkdə bir nömrəli prioritetim Baltimor sakinlərinin ictimai asayişini, təhlükəsizliyini, sağlamlığını və mülkünü qorumaq idi" - deyə o bildirib. Amerika Vətəndaş Azadlıqları Birlikləri, biznes sahibləri, xüsusilə də restoran sahibləri qadağan saatının tətbiqini sərt tənqid etmişdilər. Merin qadağan saatının ləğv edilməsini açıqlamasında qısa müddət sonra Merilend ştatının qubernatoru Lerri Hoqan deyib ki, başqa şəhər və ştatlardan gətirilən 4 minə yaxın əsgər və polis Baltimoru tərk etməyə başlayıb.

Qubernatorun sözlərinə görə, əsgərlər şəhəri tərk etməyənədək fövqəladə vəziyyət aradan qaldırılmayacaq.

Nümayişçilər isə gözəl yaz havasının olmasından istifadə edərək bələdiyyə binasının önündə dinc aksiya keçiriblər. Çoxları sabitlik üçün dua edib. İğtişaşlar zamanı qarət olunmuş dükanlar bu gün ilk dəfə olaraq fəaliyyətini bərpa edib.

XS
SM
MD
LG