Accessibility links

Bencamin Kardin: Biz bu amansız həbs hökmünü pisləyirik


Senator Bencamin Kardin (Merilənd, Demokrat)

Senator Bencamin Kardin (Merilənd, Demokrat)

Amerikalı senator, Xarici Əlaqələr Komitəsinin üzvü Bencamin Kardin Leyla və Arif Yunus barəsində məhkəmə hökmü ilə bağlı bəyanatla çıxış edib.

Senator Azərbaycanda vətəndaş cəmiyyətinin sıxışdırılmasına görə dəfələrlə ölkə hakimiyyətini tənqid edib və bu yaxınlarda prezident İlham Əliyevi insan hüquqlarının pozulmasına son qoyulmasına, söz və mətbuat azadlığına hörmətlə yanaşılmasına, “Azadlıq” radiosunun işinin bərpasına çağırıb.

“Mən Leyla və Arif Yunusların barəsində hökmə dair məlumatdan çox narahatam. Onlar uzun illərdir ki, Azərbaycanda dinc demokratik islahatlar uğrunda çalışıblar və uzun illərdir ki, ölkə hakimiyyətinin təqiblərinə məruz qalıblar.

Biz bu amansız həbs hökmünü pisləyirik. Mən Azərbaycanda qanunun aliliyinin bərpası, Leyla və Arif Yunusların azadlığa buraxılması uğrunda mübarizəni davam etdirəcəm”, bəyanatda deyilir.

XS
SM
MD
LG