Accessibility links

Beynəlxalq müşahidəçilərin Ukraynanın Malyaziya təyyarəsinin vurulub salındığı bölgəsinə girişinə yol verilməyib.

ATƏT-in müşahidəçi heyəti separatistlərlə müzakirələrdən sonra Donetskdəki bazalarına qayıtmalı olub.

Müşahidəçilərə təhlükəsizlik narahatlıqlarına görə yol verilmədiyi bildirilir. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andriy Lısenko deyib ki, separatist döyüşçülər hadisə yerinə minalar yerləşdirib.

BMT-nin baş katibi müşahidəçilərin sahəyə buraxılmamasına görə dərin narahatlığını bildirib. Ban Gi Mun deyib ki, əsas dəlillər və qəza qurbanlarının bəzilərinin cəsədləri hələ də hadisə yerində qalmaqdadır.

Bu arada Rusiyanın Mərkəzi Bankı ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalan maliyyə təsisatlarına dəstək verəcəyini bəyan edib.

Moskvanın səhm birjaları bu gün bankçılıq, neft və müdafiə sektorunu hədəf alan sanksiyalara görə aşağı dəyərlərlə işə başlayıb.

Lakin bu sərt cəzaların Rusiyanın Ukraynadakı fəaliyyətlərinə təsir edib-etməyəcəyi bəlli deyil. ABŞ və Avropanın vəziyyət eyni qalsa nə kimi əlavə ölçülərə əl atacağı da məlum deyil.

ABŞ dövlət katibi Con Kerri deyib ki, Vaşinqtonda Rusiyanın Ukraynanın şərqində zorakılıq və qan tökülməsini dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur.

Bazar ertəsi Britaniya, Almaniya, İtaliya və Fransa liderləri Rusiyaya qarşı Birləşmiş Ştatlarla uyğunlaşdırılmış şəkildə yeni sanksiyaların tətbiqini ABŞ prezidenti Barak Obama ilə tele-konfrans zamanı müzakirə ediblər.

Rusiyaya qarşı daha ciddi addımlar beynəlxalq təhqiqat qruplarının Ukraynanın şərqində Malayziya təyyarəsinin düşdüyü əraziyə getmək imkanı əldə edə bilməməsindən sonra atılır.

XS
SM
MD
LG